Yuxarı

Məni namərdlikdə ittiham etmək... - Deputatların qalmaqalı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən siyasi həyata başlayandan qarşıma bir məqsəd qoymuşam ki, əxlaqımı siyasətə dəyişməyim. Dövlətçilikdən kənar addımlarım olmasın. Millətimə, xalqıma xidmətimdə ədalətli olum. Ancaq çox təəssüf ki, bəzən mərdi qova-qova namərd edirlər. Mən siyasi həyata başlayandan eyni adı daşıdığım üçün Fəzail Ağamalının addımlarına görə əziyyət çəkirəm. Məni namərdlikdə ittiham etmək onun üçün ayıbdır.

Bu sözləri Axar.az-a millət vəkili Fəzail İbrahimli adaşı, digər millət vəklili Fəzail Ağamalının öz açıqlamasında onu oğlunun törətdiyi qəzanı bilərəkdən onların üzərinə atmaqda ittiham etməsinə cavab olaraq deyib.

F.İbrahimli bildirib ki, adaşı ilə gənc illərindən tanış olsa da, heç vaxt xüsusi münasibət saxlamayıblar. Bildirib ki, üzərindən 2 aya qədər vaxt keçdikdən sonra baş vermiş xoşagəlməz hadisəni F.Ağamalının yenidən gündəmə gətirməsində başqa məqsədi var:

“O məsələ gündəmə gələndə agentliklərdən biri Fəzail Ağamalının oğlunun adını qeyd etdi. Həmin gün Fəzail bəy açıqlama verib yanlışlıq olduğunu bildirdi. Günün ikinci yarısı agentlik yanlış məlumata görə Fəzail bəydən üzr istədi. Mən də müsahibə verdim və bildirdim ki, oğlum kömək məqsədilə bu addımı atıb, hadisə bizim başımıza gəlib. Bununla da Fəzail Ağamalı və onun oğlu ilə bağlı olan məsələlərə nöqtə qoyuldu. Hadisədən iki gün sonra hər şey tam aydınlaşdırıldı. Onlar da, biz də açıqlama verdik. Jurnalistlər kifayət qədər maraqlandı, yıxılan gəncin ailəsi danışdı.

Mənə təəccüblüdür ki, üzərindən iki ay vaxt keçəndən sonra Fəzail Ağamalı yenidən bu hadisəni niyə gündəmə gətirir. Məni və oğlumu ittiham edir ki, guya mən onun adından, kölgəsindən istifadə etmişəm. Guya xəstəxanadan saytlarla əlaqə yaradıb onların adını vermişəm. Bu məntiqdən çox uzaq bir şeydir. Mən axı niyə belə edim ki? İndi jurnalistlər özləri bir məsələnin axırına tam çıxa bilirlər. Hüquq-mühafizə orqanları da məsələni araşdırır. Mən belə bir yalanı niyə yayıb özümü biabır edim? Belə məsələlər gizli qalmır. Həqiqət üzə çıxacaqdı gec-tez. Mən o xarakterdə adam deyiləm”.

F.İbrahimli bildirib ki, 70 yaşlı millət vəkilinə öz həmkarına namərd demək yaraşmaz:

“Adaşım məni namərdlikdə ittiham edir. Deyir ki, mən müsahibə verib deməliydim ki, qəzanı törədən Ağamalının oğlu deyil. Axı mən müsahibə verib qəzanı Fəzail Ağamalının oğlu törətdiyini deməmişəm. Yanlış məlumatı yayan sayt idi, o da sonradan təkzib verdi, üzr istədi. Bu məlumatı mən yaymamışam ki, mən də üzr istəyim. Cəmi bir gün ərzində bu məsələ həllini tapdı. Ancaq Fəzail Ağamalı yenidən gündəmə gətirir hadisəni. Mənə yaraşmaz bu yaşda iki adaş millət vəkilinin açıqlamaları ilə gündəm yaransın, şou düzəldilsin. Mən açıqlama vermək də istəmirdim. Ancaq görürəm susduqca, daha çox üzərimə gəlirlər. Mən siyasi həyata başlayandan eyni adı daşıdığımı üçün Fəzail Ağamalının addımlarına görə əziyyət çəkirəm. Onun 70 yaşı var. Onun etdiyi hərəkətlər 70 yaşlı kişinin etdiyi hərəkətlər deyil. Onun söz sərhədi yoxdur”.

Qeyd edək ki, oktyabr ayında Fəzail İbrahimlinin oğlu, 1987-ci təvəllüdlü Tural İbrahimli “Cip Vangler” markalı 90 BJ 555 dövlət nömrə nişanlı avtomobil ilə yolu keçmək istəyən 1999-cu il təvəllüdlü Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Nurullayev Qərib Şakir oğlunu vurmuşdu.

Tibb Universitetinin qarşısında baş vermiş hadisə zamanı piyada xəsarət alıb. O, sürücünün köməyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (“Semaşko”) çatdırılıb. Əvvəlcə qəzanın Fəzail Ağamalının oğlu tərəfindən törədildiyi barədə məlumat yayılsa da, qısa müddət sonra qəza törədən gəncin digər millət vəkili F.İbrahimlinin oğlu olduğu bildirildi.

F.İbrahimli və xəsarət alan tələbənin atası Şakir Nurullayev əslində qəza olmadığı, Qərib Nurullayevin yıxılaraq xəsarət aldığı və bu zaman təsadüfən yoldan keçən Tural İbrahimlinin onu xəstəxanaya çatdırdığı haqda açıqlama vermişdilər.

F.Ağamalı dünən Musavat.com-a geniş müsahibəsində bu hadisəni xatırladaraq, qəzada adının qəsdən hallandığını və bunun həmkarı tərəfindən edildiyini bildirib.

Tarix
2017.11.15 / 10:50
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla