Yuxarı

Xadimə təpikdən ölüb, yoxsa əməliyyatdan? - Həkimi danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məktəblillər arasında düşən davanı ayırmaq istəyən zaman xəsarət alan xadimənin əməliyyat masasında ölməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Hadisə 18 gün əvvəl baş verib. Əməliyyat olunan xanım bundan sonra uzun müddət yaxşı olub, gəzib. Ölüm səbəbi tamam başqadır.

Bu sözləri Axar.az-a Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının həkimi Vaqif Qocayev Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 1 saylı orta məktəbdə şagirdlər arasında düşən davanı ayırmaq istəyən zaman təpik zərbəsi alıb xəstəxanalıq olan və əməliyyat masasında öldüyü deyilən xadimə ilə bağlı danışarkən deyib.

Davanı ayırmaq istəyərkən xəsarət alan 45 yaşlı xadimə Sevda Nəzəriyevanı əməliyyat edən Vaqif Qocayev bildirib ki, xəstəxanaya gətirilərkən onun vəziyyəti ağır olub:

“Ciyər və dalaq nahiyəsindən xəsərətlər almışdı, dalağı cırılmışdı. Oktyabr ayının 27-də əməliyyat olundu və dalağı götürüldü. Özünü yaxşı hiss edirdi. 18 gün müddətinə xəstəxanada saxladıq. Qanı aşağı olduğu üçün müalicəsi davam edirdi. Xəstənin ölümünə səbəb tronbostaniya olub. Ölümü ürəyində yaranmış problemlə əlaqədar idi. Ürəkdə yaranmış problemə səbəb də ciyərin, dalağın zədələnməsi idi. Ancaq onun ölümünü bilavasitə aldığı xəsarətlərlə əlaqələndirmək olmaz. Bəli, o xəsarətləri almasaydı, ürəkdə problem yaranmazdı. Ancaq sırf ciyər və dalaqla əlaqəli ölüm olmayıb. Bizim apardığımız əməliyyatın da ürəyə aidiyyəti yoxdur. Biz qarında əməliyyat aparmışıq və dalağı götürmüşük”.

Həkim bildirib ki, xəstənin gecə vaxtı ürəyindən ağrıları olub:

“Gecə ürəyindən ağrılar başlayıb. Kardioqrama ediblər. Tronbostaniya elə bir şeydir ki, onu müalicə etmək mümkün deyil, o tutdusa, öldürür. O tromb qopub gedib dayanıb ürəkdə və ürəyin fəaliyyətini dayandırıb. Bu hal hər an ola bilər - evdə də, küçədə də, yolda da anidən ölən insanlar olur”.

Həkim bildirib ki, S.Nəzərəliyeva xəstəxanada olduğu müddət ərzində hadisə zamanı bilməyərəkdən ona zərbə endirən şagird və valideynləri də gəlib:

“Dediklərinə görə, 10-11-si sinif şagirdləri arasında düşən davanı ayırmaq istyən zaman xadiməyə təpik zərbəsi dəyib. Xanım xəstəxanada olduğu müddət ərzində uşağın valideynləri tez-tez gəlib-gedirdilər. Hüquq-mühafizə orqanı əməkdaşları da gəlib”.

Qeyd edək ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 1 saylı orta məktəbdə şagirdlər arasında dava düşüb. Report-un xəbərinə görə, şagirdləri ayırmaq istəyən məktəbin xadiməsi, 45 yaşlı Sevda Nəzəriyevaya davada iştirak edənlərdən birinin təpiyi dəyib. O, Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilib. Ciyər və dalaq nahiyəsindən xəsərətlər alan xadimə əməliyyat masasında ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2017.11.15 / 13:13
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla