Yuxarı

Bu, məktəblər üçün ölüm hökmüdür - Rektor

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə il əvvəlki statistikaya görə fikiza ixtisası üzrə məzunların yalnız 4 faizi müəllimlərin işə qəbul imtahanından keçə bilmişdi. Bu müəllim hazırlayan məktəblərə ölüm hökmü deməkdir.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Pedoqoji Universitetin rektoru Cəfər Cəfərov Azərbaycan Müəllim İnkişaf Mərkəzi və Avropa Azərbaycan Cəmiyyətinin təşkilatılığı ilə ikinci Beynəlxalq Təlim Konfransında çıxışı zamanı deyib.

Rektor bunun səbəbini təhsil sistemində illərdir istifadə edilən test üsulunun əzbərçi nəsil yetişdirməsində gördüyünü deyib:

“Bu vaxta qədər keçdiyimiz tədris üsulu bu gün dünyada qəbul edilmir. Tələbəyə öyrənməyi öyrətmək lazımdır. Tələbə biliklərini cəmiyyət, bəşəriyyət üçün necə istifadə edilməsini öyrətmək lazımdır. Bu gün biz məcbur qalaraq test üsulundan istifadə edirik. Bu sistem vasitəsilə əzbərçi nəsil yetişib”.

Rektor bildirib ki, ölkəmizdə məktəb və təhsil sistemi daim yenilənməlidir. Çünki dünyanın təhsil sahəsində inkişaf etmiş ölkələri məhz bu yeniliklərlə uğur əldə ediblər.

“Bu il bizim universitetə 281 nəfər 500-dən çox balla daxil olub. 3-4 il əvvəl bu rəqəm 6 nəfər idi. Bu tələbələrin əksəriyyəti filiallarımızda olan tələbələrdir. Filologiya fakültəsində təhsil alanların 50 faizdən çoxu 500-dən çox bal toplayıb və onlar ilk yerdə məhz bu ixtisası göstəriblər. Bu da ölkədə müəlllim peşəsinə verilən dəyərdir. Lakin təhsil məzmununun yenilənməsinə ehtiyac var. Çünki 500-dən çox balla ali məktəbə daxil olan tələbəyə yüksək təhsil verilməlidir. Təhsilin yenilənməsi müəllimlərin yetişdiyi ali məktəblərdən başlanmalıdır. Bizim universitetimizdə bu ildən yenilik etdik. Ali məktəbdə adətən, vakant yer tutmaq üçün universitet daxili iclaslarda həll edilirdi. Azərbaycan mühitində ilk dəfə olaraq bizim ali məktəbdə müəllimlərin işə qəbulu müsabiqə yolu ilə keçirildi. İnsanlar bir vəzifənin ömürlük onlara məxsus olduğunu zənn etməməlidirlər. Təşkil etdiyimiz müşabiqədə 114 yerə 500 adam sənəd vermişdi. Qalib olanların 10 faizi kənardan gələnlər idi. Bu da ildən-ilə müəllimlərin yenilənməsi prosesinin tərkib hissəsidir”.

Tarix
2017.11.16 / 11:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla