Yuxarı

Həkimdən Zaur Kamala etiraz: 15 yaşlı qız...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeniyetmə qızlar hamilə qalarsa və aborta gedərsə, abort zamanı uşaqlığın perforasiya-deşilmə ehtimalı yüksəkdir. Uşaqlıq borusu zədələndiyindən sonradan boru sonsuzluğu yaranır.

Axar.az xəbər verir ki, bu sözləri tanınmış pediatr Vaqif Qarayev erkən nikahların televiziya kanallarında təbliğ olunmasının fəsadları haqda qeyd edib. O bildirib ki, yetkin qadınlardan fərqli olaraq, yeniyetmələrdə abortdan sonra menustrasiya dövrü pozulur:

“Yeniyetmələrdəki hormonal pozğunluqlar əsəb sistemində ciddi fəsadlar yaradır. Həmçinin, erkən nikah zamanı hamiləliklərdə həm düşük, həm də yarımçıq doğulma ehtimalı çox olur. Hamiləliyi axıra qədər daşıyarlarsa da, həmin uşaqlar bir qayda olaraq çəki defisiti ilə doğulurlar. Daxili orqanlar, əsəb sistemi mükəmməl inkişaf eləmədiyinə görə, mühitə adaptasiya ya çətin olur, ya da heç olmur. Yenidoğulma dövründə, yəni 1 aylığa qədər ölüm faizi də artır, hətta bəzən 100 faizə qalxır. İmmun sistemi çox zəif inkişaf elədiyinə görə, daim xəstə olurlar. Bir qayda olaraq fiziki və əqli inkişafdan geri qalırlar. Belə uşaqlar sonradan normal təhsil ala bilmirlər və cəmiyyətə adaptasiya ola bilmirlər. Yeniyetmə qızlar bioloji, mənəvi, psixoloji baxımdan hamiləliyə hazır deyillər. Bu səbəbdən də dünyaya gətirdikləri uşaqlara qulluq edə bilmirlər”.

Vaqif Qarayev erkən nikahdan qurulan ailələrdə konfliktlərin qaçılmaz olduğunu və əksər hallarda ailənin dağıldığını bildirərək, kanallarda bunun təbliğ olunmasını sərt tənqid edib.

Qeyd edək ki, Xəzər TV-də yayımlanan “5-də 5” verilişinin “Elçilik” rubrikasının sonuncu buraxılışında aparıcı Zaur Kamal bir neçə məşhurla birlikdə Ağdam rayonunun Quzanlı kəndində yaşayan 15 yaşlı qız üçün elçi gedib. Bu olay ictimaiyyətdə böyük etirazla qarşılanıb.

Z.Kamal Kult.az-a açıqlamasında qızın 15 deyil, 17 yaşı olduğunu bildirib.

Tarix
2017.11.17 / 15:32
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla