Yuxarı

Deputat bu reklamların pulsuz olmasını təklif etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhalinin maariflənməsinə xidmət edən sosial reklamlar televiziya və küçə bilbordlarında yox dərəcəsindədir, ona görə də qanunvericilikdə bununla bağlı məsələlər sərtləşdirilməlidir.

Axar.az xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə bugünkü iclasında çıxışı zamanı bildirib. O vurğulayıb ki, televiziya və küçələrdə bilbordlarda sosial reklamlar, sosial roliklər pulsuz yerləşdirilməlidir:

“Milli qəhrəmanlarımız, Qarabağ, hərbi vətənpərvərlik, səhiyyə, təhsil, yol-nəqliyyat təhlükəsizliyi, ailə mövzularında sosial reklam və roliklərin əhalinin diqqətini həmin məsələyə yönəltməkdə, maarifləndirmədə xüsusi bir yeri var. Amma təəssüf ki, biz onları nadir görürük. Sosial reklamların ödənişsiz və tez-tez yayımlanması çox vacibdir. Televiziyalar sosial reklamları ödənişsiz yayımlayarsa, bu, əhali arasında çox ciddi məsələlərlə bağlı təbliğat-təşviqat işlərinin daha geniş yayılmasına təkan verə bilər”.

Sosial reklamlar və əhalinin daha geniş maarifləndirilməsi üsullarına toxunan millət vəkili KİV-ləri də bu məsələyə daha geniş yer verməyə çağırıb:

“Əhalinin tibbi maarifləndirilməsinin, ailə dəyərlərininin, təhsilin ciddi şəkildə təbliği gələcəyimiz üçün ən önəmli məsələlərdəndir. Bu istiqamətdə qanunvericilik sahəsində addımlar atılmalıdır, əlavə və düzəlişlərlə müvafiq qurumlar qarşısında ciddi öhdəliklər qoyulmalıdır”.

Tarix
2017.11.17 / 20:36
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Prezidentlərin təkbətək görüşü başladı

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla