Yuxarı

“Azərsell”in 4G xidmətləri bölgələrə yayılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkədə 4G xidmətini ilk dəfə abunəçilərinə təqdim edən və Azərbaycanın bütün bölgələrini yüksək sürətli mobil internetlə təmin etməyi hədəfləyən “Azərsell” yeni 4G stansiyalarını quraşdırıb.

Şirkətdən Axar.az-a verilən məlumata görə, indi Bakı, Abşeron yarımadası və Gəncə ilə yanaşı Bərdə, Şəmkir və Lənkəranda da “Azərsell” abunəçiləri 4G xidmətinin gücündən yararlana bilirlər. Belə ki, 4G xidmətlərinə qoşulmaq istəyən abunəçilər noyabr ayının 10-dan etibarən Şəmkir, Bərdə və Lənkəranda yerləşən “Azərsell”rəsmi servis məntəqələrindən LTE şəbəkəsini dəstəkləyən Sim kartları təmənnasız olaraq əldə edə bilirlər.

Qeyd edək ki, “Azərsell” 2017-ci ilin sonuna qədər 4G şəbəkəsini sürətlə gücləndirmək və regionlara yaymaq məqsədilə 127 4G stansiyası quraşdırmağı planlaşdırır ki, bunların da 33-ü Bakı, Abşeron və Sumqayıt, 94-ü isə bölgələrin payına düşür.

Məlumat üçün bildirək ki, 4G şəbəkəsinin təmin etdiyi inanılmaz yüksək sürət müasir İnternet məkanının təklif etdiyi mobil TV, videokonfrans, onlayn oyun və müxtəlif proqramlardan daha rahat istifadəni mümkün edir. 4G-nin təmin etdiyi yüksəksürətli İnternet xüsusilə də cihazdan-cihaza, M2M xidmətlərinin inkişafına təkan verir. Məlumatların ölçülməsi, toplanılması və ötürülməsinə imkan verən bu texnologiya bank, nəqliyyat, təhlükəsizlik, səhiyyə, kommunal xidmətlər və s. sahələrdə istifadə olunur.

Qeyd edək ki, “Azərsell” ölkədə ən böyük 4G şəbəkəsinə sahibdir. 2017-ci ildə Azercell-in 4G internet istifadəçilərinin sayı ötən illə müqayisədə 5 dəfə artıb, mobil internetdən istifadə həcmi isə 55% çoxalıb. Ötən il ərzində “Azərsell”4G şəbəkəsini 84.1% gücləndirib.

4,5 milyonluq abunəçi ailəsinə yüksək keyfiyyətli xidmət göstərməyə çalışan “Azərsell”ölkədə ən son texnologiyaların tətbiqini davam etdirir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Tarix
2017.11.18 / 09:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla