Yuxarı

Şeyx Rusiyaya səfərə gedir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 22-də Rusiya Federasiyasına səfərə yola düşür.

QMİ- dən Axar.az-a verilən məlumata görə, səfərdə məqsəd noyabrın 23-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycanın Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, Sankt-Peterburq Dövlət Universiteti, Sankt-Peterburq və Rusiyanın Şimali-Qərb regionu üzrə Ruhani İdarəsinin birlikdə təşkil etdiyi "Rusiya-Azərbaycan: sülh, təhlükəsizlik və əməkdaşlıq naminə konfessiyalararası dialoq və islam həmrəyliyi" mövzusunda konfransda iştirak etməkdir.

Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi İslam Həmrəyliyi Ili çərçivəsində Bakıda, Şimali Qafqazda, Finlandiyada, İranda, Türkiyədə, Özbəkistanda və İspaniyada keçirilmiş beynəlxalq tədbirlərin ardınca Sankt-Peterburqda baş tutacaq konfransda Azərbaycanın Milli Məclis üzvləri, AMEA-nın İnstitut rəhbərləri, ölkəmizin tanınmış elm və din xadimlərindən ibarət geniş nümayəndə heyətinin iştirakı nəzərdə tutulur.

Azərbaycan-Rusiya mənəvi əlaqələrinin inkişafı üçün əhəmiyyət kəsb edən beynəlxalq tədbirdə Azərbaycanı QMİ sədri ilə bərabər, ənənəvi dini konfessiyaların başçıları - Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev və Bakıdakı Katolik icmasının ordinarisi Vladimir Fekete təmsil edəcəklər.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Sankt-Peterburq şəhərinin rəhbərliyi, tanınmış ictimai-siyasi, elm və din xadimləri ilə yüksək səviyyəli görüşləri nəzərdə tutulur.

Tarix
2017.11.20 / 12:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla