Yuxarı

Çempionumuzu öldürənə hökm oxundu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədovanın faciəli ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədən Əlifağa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində çıxış edən prokuror Əlifağa Məmmədovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Daha sonra son sözlə çıxış edən Əlifağa Məmmədov törətdiyi əməldən peşman olduğunu deyib.

O, məhkəmədən bağışlanmasını istəyib. Təqsirləndirilən şəxs son sözünü bitirəndən sonra hakimlər müşavirəyə çıxıblar.

Müşavirədən qayıdan hakimlər Əlifağa Məmmədovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmü elan ediblər.

İttihama görə, bu il iyunun 28-də axşam saatlarında Xətai rayonu Zığ şosesində - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında 1962-ci ildə Masallı rayonunda anadan olmuş Əlifağa Məmmədov idarə etdiyi BMV markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşınla yolu keçən 1995-ci il təvəllüdlü Reyhan Məmmədovanı vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.

Tarix
2017.11.20 / 13:23
Müəllif
Hacı Zeynalov
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla