Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Oktyabr 2018


Aydın Əliyev Daşkəsənə gedir - Qəbul

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev noyabrın 24-də saat 10:30-da Daşkəsən şəhərindəki icra hakimiyyətinin keçmiş inzibati binasında (Heydər Əliyev pr. 2) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

DGK-dan Axar.az-a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən-Daşkəsən, Gəncə, Göygöl, Samux rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar noyabrın 23-ü saat 10:30-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Gəncə Gömrük İdarəsi (əlaqə telefonu: (022) 259-58-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Dövlət Gömrük Komitəsi vətəndaşların işə qəbulla bağlı çoxsaylı müraciətlərini nəzərə alaraq bildirir ki, gömrük orqanlarına xidmətə qəbul “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2010-cu il tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları” əsasında test üsulu ilə həyata keçirilir. Qeyd edilən fərmana uyğun olaraq “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları gömrük orqanlarında xidmətə qəbul üçün Dövlət Gömrük Komitəsinin internet saytına müraciət edərək elektron şəkildə ərizə daxil etməklə, test imtahanlarında iştirak edə bilərlər.

Test imtahanının və ya müsahibənin nəticələri ilə bağlı namizədlər həmin nəticələr rəsmi internet saytında yerləşdirildiyi gündən 10 (on) iş günü müddətində Dövlət Gömrük Komitəsində təşkil edilmiş Apellyasiya Komissiyasına müraciət edə bilərlər. Həmin müddət başa çatdıqdan sonra bu qəbildən olan müraciətlərə baxılmır.

Tarix
2017.11.20 / 14:58
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Muxtar Babayev latviyalılarla görüşdü

Gömrükçülər Müstəqillik Gününü qeyd etdi – Foto

Sürüşmə zonasında yeni çatlar əmələ gəldi - Nazirlik

Ağdam İH-da kadr dəyişikliyi...

Nazirdən direktorlarla bağlı əmr...

Deputatlarımız Gürcüstandakı seçkiləri müşahidə edəcək

Azərbaycan ordusunda silsilə tədbirlər - Müstəqillik günü

Bu stansiyada təmir işləri ilin sonuna yekunlaşır

Nazirdən şəhid ailələri ilə bağlı açıqlama: 50 faizlik ödəniş...

İlham Əliyev 3 fərman, 5 sərəncam imzaladı

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla