Yuxarı

Bakıda dönər aparatının üzərində siçanlar - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dönər aparatının üzərində ət yerinə siçanlar var. Aparatın üzərinə çıxan siçanlar ət qırıntılarını yeyir. Daha sonra dönərin hazırlandığı stolun üzərində o yana, bu yana qaçır.

Görüntülər o qədər ürəkbulandırıcıdır ki, həmin kadrların üzərini bağlayaraq təqdim edirik.

Şok yaradan və ürəkbulandırıcı bu kadrlar paytaxtın Nəsimi rayonu, Səməd Vurğun və Puşkin küçələrinin kəsişməsində yerləşən dönərxanlardan birində çəkilib. Bu barədəxəbər yayıb.

Elə bu görüntülər əsasında dönərxanaya gedən Xəzər TV əməkdaşlarının hansı səbəbdən gəldiyini bilən kimi oranın sahibi və işçilər sualları cavablandırmadan qaçıblar.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun sözlərinə görə, sözügedən dönərxana sanitar-texniki tələblərə cavab vermir. Bu isə bu tipli dönərxanalardan bir sıra yolxucu xəstəliklərin yayılmasına gətirib çıxara bilər.

Ziyəddin Kazımov əlavə etdi ki, bu kimi müəssisələrdə yoxlamalar vətəndaşlar tərəfindən edilən müraciətlərdən sonra aparıla bilər. Əgər konkret bu müəssisə haqqında müraciət edilərsə, qurum tərəfindən həmin dönərxananın fəaliyyəti yoxlanacaq.

O ki qaldı belə hallara yol verən şəxslərin cərimələnməsinə, Ziyəddin Kazımov deyir ki, İnzibati Xətalar Məcəlləsinə görə, sahibkarları 100-200 manat məbləğində cərimə gözləyir.

Tarix
2017.11.21 / 01:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla