Yuxarı

Tağı Əhmədovun keçmiş müavini vəfat etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin sabiq rəis müavini vəfat edib.

Report xəbər verir ki, QSC-nin təcrübəli mütəxəssisi Vladimir Akif oğlu Kazıyev 70 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Vladimir Kazıyev 1947-ci il iyunun 4-də Bakıda dəmiryolçu ailəsində doğulub. O, əmək fəaliyyətinə dəmiryolunda başlayıb.

Vladimir Kazıyev Bakı Metropolitenindəki peşə fəaliyyətinə 1970-ci il avqustun 8-də “Nərimanov” elektrik deposunda vaqon baxıcısı kimi başlayıb, maşinist köməkçisi, maşinist, texniki-istehsalat şöbəsinin rəisi, baş mühəndis, xidmət rəisi işləyib. Əməyin elmi təşkili, kadrların, xüsusən də maşinistlərin yetişdirilməsi və onlarla işin aparılması, sosial məsələlərə baxış, iş yerlərinin müasir tələblərə uyğunlaşdırılması sahəsində onun səmərəli təklifləri olub. Vladimir Kazıyev uzun müddət - 2004-2014-cü illərdə Bakı Metropoliteninin rəis müavini (1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov olub) vəzifəsində çalışıb.

2014-cü il avqustun 12-dən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində təcrübəli mütəxəssis kimi çalışmış Vladimir Kazıyevin elektrik deposunda qurğu və avadanlıqlarının saz vəziyyətdə saxlanılması, onlardan daha səmərəli istifadə olunması, qabaqcıl texnologiya və yeni texnikanın tətbiq olunması, əmək proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması sahəsində özənəməxsus xidmətləri olub.

Vladimir Kazıyevin əmək xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib, 1991-ci ildə “Fəxri dəmiryolçu” döş nişanı, 2002-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Tarix
2017.11.21 / 09:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla