Yuxarı

Polis sürücünü hədələdi: DYP-dən reaksiya – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakıda yol polisi onu kameraya çəkən sürücünü hədələyib” başlıqlı yazılar mətbuatda birtərəfli işıqlandırılıb. Məsələ mediada əksini tapan kimi deyil. Bizdə həmin hadisənin tam görüntüləri və səs yazısı var. Sürücü hadisəni sadəcə özünə sərf edən şəkildə ictimailəşdirib.

Bu sözləri Axar.az-a Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov yol polisinin sürücüyə qarşı kobud ifadələr işlətməsini əks etdirən videogörüntü ilə bağlı danışarkən deyib.

V.Əsədov bildirib ki, həmin görüntüdə hədələmə faktı yoxdur. Yol polisi sadəcə kobud formada fikrini bildirib:

“Tam şəkildə olan səs yazısında aydın görünür ki, yol polisi çox təmkinlə və nəzakətlə danışır. Sadəcə, sürücü polisə qarşı belə xoşagəlməz söz işlədir və onu lentə almağa başlayır. Polis isə bildirir ki, buna görə sizin başınız ağrıya bilər. Sürücüyə qanunla protokol yazılıb. Burada sadəcə inspektorun bir kobud ifadəsindən istifadə edirlər. İnspektor bildirib ki, mən iş başındayam”.

Şöbə rəisi əlavə edib ki, hadisənin tam görüntüsünü mediada yaya bilərlər, lakin bu günə qədər belə bir şey etmədikləri üçün indi də belə fikirləri yoxdur:

“Biz sürücülər haqqında, onların cərimələri barədə məlumatları mediaya vermirik. Ancaq qarşı tərəf bununla bağlı öz səhvini başa düşməsə, biz həmin görüntüləri yaymağa məcbur olacağıq. Hər bir hərəkətə adekvat cavab verilir. Qarşı tərəf özünü haqlı hesab edib, özünü təmizə çıxarmaq üçün bir polisi ləkələyirsə, bu, heç bir halda yaxşı hal deyil. Dövlətə, dövlətçiliyə xidmət edən şəxs ən azından qanunvericilikdə nəzərdə tutulmuş tələblər üzrə hərəkət etməlidir. İnspektorun hər hansısa səhvi var idisə, onu qanunvericilikdə nəzərdə tutulmuş formada həll etmək lazım idi. Daha onu özünə sərf edən kimi ictimailəşdirmək, yol polisinin fəaliyyətinə kölgə salmaq düzgün deyil”.

V.Əsədov hesab edir ki, sürücü öz səhvini başa düşəcək:

“Yol hərəkəti qaydasını pozub, saxlanıb, inzibati qaydada ona qarşı protokol tətbiq edilib. Bizim işimiz ictimaiyyətdə şok yaratmaq deyil, biz funksional vəzifəmizi həyata keçiririk. Kimisə tənqid etmək, yazdığımız protokol barədə ictimaiyyətə məlumat vermək bizim işimiz deyil. Mən şəxsən çox təəssüf edirəm ki, belə bir hal baş verib”.

Qeyd edək ki, SƏS TV Bakıda yol polisinin onu kameraya çəkən sürücünü hədələdiyini əks etdirən video yayıb. Görüntülər paytaxtın Üzeyir Hacıbəyov küçəsində çəkilib.

Onu videoya çəkən sürücünü polis zabiti “Sənin başın partlayar” deyə hədələyib.

Tarix
2017.11.21 / 14:01
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla