Yuxarı

Akif Çovdarova ömürlük verilsin – Şikayət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vosmoy bazarı” kimi tanınan “8-ci km bazarı” dövlət nəfinə müsadirə edilməsi barədə Bakı Hərbi Məhkəməsinin qərarından apelyasiya şikayəti verilib.

Bu barədə Axar.az-a bazarın sahiblərindən biri Salman Səfərov bildirib.

O, qeyd edib ki, qardaşı Qəhrəman Səfərovla birlikdə hazırladıqları şikayətlərini Bakı Hərbi Məhkəməsinə təqdim ediblər.

Zərərçəkmişin sözlərinə görə, işə baxan hakim hökm qəbul edərkən, onların epiozdları üzrə ədalətsiz qərar çıxarıb: “Biz apelyasiya şikayətimizdə bazarın geri alınmasını tələb edirik. Qardaşımla birlikdə eyni iş üzrə zərərçəkmişik, şikayətimizi də bir yerdə vermişik”.

Salman Səfərov bildirib ki, ittihamda Akif Çovdarovun quldurluq yolu ilə 33 milyon manat əldə etdiyi göstərilib: “Amma hökmdə quldurluq maddəsi üzrə Akif Çovdarovun barəsində hökm verilmədi. Biz ona həmin maddə üzrə də cəza verilməsini istəyirik”.

Zərərçəkmiş deyib ki, apelyasiya şikayətlərində bazarın onlara qaytarılması ilə bağlı maddi vəv mənəvi zərərin ödənilməsi ilə bağlı mülki iddialarının da təmin olunmasını istəyib. O, bildirib ki, şikayətlərində həmçinin Akif Çovdarova ömürlük azadlıqdan məhrum edilməsi barədə hökm qəbul edilməsini tələb ediblər: “Bizim əlimizdən bazarın alınması Eldar Mahmudovun göstərişi ilə olub. Burada Hilal Əsədovun da adı keçir. Bazara 50 faizinə sahib olan Hilal Əsədov kənarda qalıb. Biz şikayətimizdə onun barəsində cinayət işinin başlanmasını istəmişik. Akif Çovdarou tutsalar da, cinayətkarın biri kənarda qalıb. Akif Çovdarov bazarı Hilal Əsədovla bölüblər. Bazarın yarısı Hilal Əsədovun arvadının adına, yarısı da Akif Çovdarovun qızının adına keçirilib. Burada Hilal Əsədov da məsuliyyətə cəlb olunmalıdır”.

Salman Səfərov bildirib ki, prokurorluq onlara maddi və mənəvi zərərin miqdarını 8 milyon 100 min manat təyin edib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə “Vosmoy bazarı” kimi tanınan “8-ci km bazarı” dövlət nəfinə müsadirə edilib.

İstintaq sənədələrinə görə, “Vasmoy bazarı”nın bir hissəsi Akif Çovdarovun qızının, bir hissəsi isə MTN -də nazir müavini olmuş Hilal Məmmədovun həyat yoldaşının adına olub.

Bu epizod üzrə isə Səfərov qardaşları zərərçəkən kimi tanınmışdı. Onlar bazarın Akif Çovdarov və Hilal Məmmədov tərəfindən əllərindən zorla alındığını bildirmiş və bazarın geri qaytarılmasını istəmişdilər.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyonluq əmlakının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.

Tarix
2017.11.21 / 15:36
Müəllif
Hacı Zeynalov
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla