Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Yanvar 2018


Bakıda regionlararası görüş keçirilir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 21-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində kimyəvi maddələrin izlənilməsi üzrə regional əməliyyatın yekunlarına dair regionlararası görüş işə başlayıb.

Axar.az xəbər tədbir BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin və ÜGT-nin Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramı çərçivəsində təşkil olunub.

Görüşə Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan və Özbəkistan gömrük xidmətlərinin nümayəndə heyətləri, eləcə də aidiyyəti beynәlxalq tәşkilatlar vә xarici tәrәfdaşların təmsilçiləri qatılıb.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev bildirib ki, kimyəvi maddələrin izlənilməsi üzrə regional əməliyyatın yekunlarına dair regionlararası görüş qlobal bir məsələyə həsr olunub. Bu mövzuda toplantının Azərbaycanda ilk dəfə keçirildiyini diqqətə çatdıran Komitə sədri belə tədbirlərin ölkə üçün önəmini qeyd edib.

Aydın Əliyev Azərbaycanın tarixi İpək Yolu üzərində yerləşdiyini, Asiya və Avropa arasında logistik mərkəz olduğunu və buradan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin keçdiyini bildirib, bu nəqliyyat dəhlizləri üzrə yükdaşımalarda Azərbaycanın önəminin daha da artacağını vurğulayıb. Azərbaycanda son illər logistik potensialın inkişaf etdirilməsi üçün mühüm layihələrin icra olunduğunu deyən Komitə sədri, o cümlədən Bakı şəhərində yeni Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyət göstərdiyini və Bakı-Tbilisi-Qars dəmir yolunun da istifadəyə verildiyini söyləyib.

DGK sədri qlobal təhlükəsizliyin təmin olunması, eləcə də terrorizmə qarşı mübarizənin bütün dünyada hüquq-mühafizə orqanlarının başlıca vəzifələrindən biri olduğunu, bu işdə gömrük xidmətlərinin də üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıb. Terror aktlarının əksəriyyətinin müxtəlif kimyəvi maddələrdən istifadə edərək kustar üsulla düzəldilən partlayıcı vasitələrlə həyata keçirildiyini qeyd edən Aydın Əliyev kimyəvi maddələrin qanunsuz dövriyyəsinə qarşı daha effektiv mübarizə aparmaq üçün birgə fəaliyyətin və qarşılıqlı təcrübə mübadiləsinin vacib olduğunu deyib.

Sonra çıxış edən BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə Regional Ofisinin regional nümayəndəsi xanım Aşita Mittal bildirib ki, kimyəvi maddələrin izlənilməsi üzrə regional əməliyyatın yekunlarına dair regionlararası görüşün əsas məqsədi məhz daha effektiv fəaliyyət üçün qarşıda duran vəzifələri müəyyənləşdirmək və bu yolda səyləri birləşdirməkdir.

Təmsil etdiyi qurumun Ümumdünya Gömrük Təşkilatı ilə əməkdaşlığına toxunan regional nümayəndə Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramın, eləcə də bu proqram çərçivəsində kimyəvi maddələrin izlənilməsi üzrə regional əməliyyatın böyük əhəmiyyət daşıdığını və bütün maraqlı tərəflərə qəti tədbirlər görməyə şərait yaratdığını vurğulayıb.

ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin direktor müavini Aydın İmaşev indiyədək regional ofisdə gömrük işində aktual problemlərə dair regional və beynəlxalq əhəmiyyətli tədbirlərin təşkil olunduğunu bildirib.

ÜGT-nin ən böyük regional ofisi olaraq burada Avropa regionu və MDB üzrə 51 ölkənin gömrük xidmətinin modernləşdirilməsi işinə xidmət göstərildiyi, yerli və xarici mütəxəssislərin çalışdığı diqqətə çatdırılıb. Aydın İmaşev Avropa Regional Ofisində kimyəvi maddələrin izlənilməsinə dair görüşün ilk dəfə keçirildiyini söyləyərək bu istiqamətdə əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edib.

Açılış mərasimindən sonra BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi tərəfindən regionda təhlükə və risklər və Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramın kimyəvi maddələrin izlənilməsi üzrə regional əməliyyatının icmalı təqdim olunub.

Bundan əlavə, Azərbaycan tərəfinin moderatorluğu ilə dövlətlərin səyləri və regional əməliyyatın həyata keçirilməsi təcrübəsi mövzusunda 1-ci sessiya keçirilib.

Sessiya zamanı Əfqanıstan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan və Özbəkistan nümayəndə heyətlərinin hesabatları dinlənilib.

Daha sonra ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin moderatorluğu ilə regional əməliyyatın əsas uğurları və nəticələri mövzusunda 2-ci sessiya təşkil olunub.

Sessiya çərçivəsində Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin gündəlik bülleteni və yekun hesabatının təqdimatı keçirilib.

Qeyd edək ki, kimyəvi maddələrin izlənilməsi üzrə regional əməliyyatın yekunlarına dair regionlararası görüş noyabrın 22-də başa çatacaq.

Görüşün ikinci günündə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin moderatorluğu ilə qabaqcıl təcrübə və regional əməliyyatdan çıxarılan nəticələr mövzusunda 3-cü sessiya keçiriləcək.

Sessiya çərçivəsində Əfqanıstan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan və Özbəkistan nümayəndə heyətlərinin iştirakı ilə müzakirələr aparılacaq.

Tədbirin yekununda gələcək əməliyyatlara dair tövsiyələr veriləcək.

Tarix
2017.11.21 / 16:17
Müəllif
Nərmin Əkbərli
Şərhlər
loading...
Digər xəbərlər

Bakıda maşın oğruları tutuldu

Sülh Platformasından 20 Yanvar ilə bağlı - Bəyanat

Göyçayda torpaq uçqunu: fəhlə öldü

Bakıda 1,3 milyona obyekt satılır - Foto

Ucarda ağır cinayət: Ata və oğlu bıçaqlandı

Şəhidin son statusu ürək dağladı - Foto

Sabah hava necə olacaq? - Proqnoz

MN-in şəxsi heyəti Şəhidlər Xiyabanını ziyarət etdi - Foto

Şamaxıda evə basqın: külli miqdarda pul aparıldı

"Palmali"dən "Ağsu"nun həbs edilməsi xəbərinə - Reaksiya

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla