Yuxarı

Kredit faizlərinin yarısı fonddan verilsin – MM-də müzakirə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər Mərkəzi Bank uçot dərəcəsini 15 faiz səviyyəsində saxlayırsa, büdcə siyasəti Mərkəzi Bankın yeritdiyi ifrat sərt pul-kredit, eləcə də hökumətin indiki fiskal siyasəti ilə vəhdət təşkil edəcəksə, onda büdcənin iqtisadi artımı stimullaşdıran funksiyası işləməyəcək və faktiki surətdə iqtisadi artımın sürətlənməsinə mane olacaq.

Axar.az xəbər verir ki, bu sözləri İqtisadi və Sosial İnnovasiyal İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli Azərbaycanın 2018-ci il dövlət büdcəsı haqqında Milli Məclisdəki çıxışında deyib. O bildirib ki, 2018-ci ilin büdcəsinin istehsalı stimullaşdırmaq funksiyası sürətləndirilməlidir:

“Bu sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında Prezidentin Fərmanına uyğun olaraq həyata keçirilə bilər. Məsələn, 15 faizə təklif olunan kreditin 7 faizini sahibkar, qalan 8 faizini də xüsusi fonddan ödənilsə, bu üsulla istehsalla məşğul olan sahibkarlara milyardlarla əlavə kredit verib, yerlərdə istehsalı xeyli genişləndirmək olar".

Milt vəkili qeyd edib ki, problemli kreditlərin həcmi təhlükəli həddi keçərək 2 milyard manata doğru gedir:

“Hökumət bu problemin həllini dondurmaq siyasəti yeritməklə əslində həm də özünün bu problemi həll etmək şansını əldən verir. Amma maliyyə-bank sistemini iflic vəziyyətindən çıxarmaq və əhalini borc tələsindən qurtarmaqdan ötrü hökumət problemli kreditlər, xüsusən də dollarla olan kreditlər probleminin həllini sürətləndirməlidir”.

Tarix
2017.11.21 / 23:44
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla