Yuxarı

Bu mağazada istifadə olunmuş paltarlar satılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda fəaliyyət göstərən "Outlet" dükanında köhnə, yuyulmuş mallar satılır.

Bu barədə Axar.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. O bildirib ki, Bakı sakini K.Əhmədov Xətai rayonu M.Hadi küçəsi 55 ünvanda yerləşən "Outlet" dükanından 88 manat ödəyərək 2 gödəkçə alıb. Lakin sonradan mala diqqətlə baxan zaman gödəkcənin geyilmiş köhnə mal olduğunu başa düşüb.

Alıcı bu barədə iradını bir gün sonra mağazaya bildirib malı qaytarmaq istəsə də, satıcı malı geri qaytarmayacağını bildirib. İctimai Birlik şikayəti mediasiya yolu ilə məsələni həll edə bilmədiyi üçün İqtisadiyyat Nazirliyi Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi xidmətinə rəsmi müraciət ünvanlanıb.

İB sədri vətəndaşları belə mağazalardan mal alarkən diqqətli olmağa və aldanmamağa çağırıb.

Qeyd edək ki, əslində, “Outlet” mağazalar şəbəkəsi brend mağazalarda alınmayan, mövsümü keçmiş, dəbdən düşmüş və ya çox az istifadə edilmiş geyimlərin yuyulub, tam təmizlənmiş halda satışa çıxarıldığı yerdir. Buna görə də ordan alınan malın yuyulduğunun müəyyənləşməsində şikayətlənəcək heç nə yoxdur.

Tarix
2017.11.23 / 01:16
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla