Yuxarı

DYP işçi axtarır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yol patrul xidməti inspektoru vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.

İdarənin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, müsabiqədə avtomobil nəqliyyatına aid orta-ixtisas və ya ali təhsilli, kompüterlə işləmək bacarığı, sürücülük vəsiqəsi olan, habelə sürücü kimi 3 il əmək stajına malik, yaşı 20-dən aşağı, 25-dən yuxarı olmayan, boyu 180 santimetr və daha yüksək, idman cüssəli, həqiqi-hərbi xidməti tam başa vurmuş, özü və yaxın qohumu məhkum olunmayan, yalnız Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaşlar iştirak edə bilərlər.

Həmçinin müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi, yol hərəkəti qaydaları üzrə nəzəri bilikləri və sürücülük vərdişləri müəyyən olunmuş qaydada yoxlanılacaq, xarici dil bilən və dövlət təhsil müəssisələrində ali təhsil almış namizədlərə üstünlük veriləcək.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2017-ci ilin dekabr ayının 10-dək hər gün (istirahət günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək BPİ-nin Dövlət Yol Polisi İdarəsinin inzibati binasında (Bakı şəhəri, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsi, kənar dairəvi yolun kəsişməsi) müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Şəxsiyyət vəsiqəsi

- Təhsil haqqında sənədin əsli

- Hərbi bilet (kişilər üçün)

- əmək kitabçası (olanlar üçün)

- sürücülük vəsiqəsi

- kompyuterdə işləmək bacarığını təsdiq edən sənəd (sertifikat və s.)

Əlavə məlumat üçün əlaqə telefonları: (012) 590 21 65, (012) 590 21 66

Tarix
2017.11.23 / 12:07
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla