Yuxarı

Ekstrasensimizin 2017 öngörüsü: doğru çıxanı olmadı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya təcrübəsində belə bir ənənə var ki, verilmiş proqnozun nəticəsi haqqında proqnoz verəndən hesabat istənilir. Lakin ötən il verdiyi proqnozu özünü doğrultmayan ekstrasenslərin bununla bağlı hər hansısa hesab verdiyinin şahidi olmamşıq.

Axar.az xəbər verir ki, ötən il verdiyi proqnozlardan demək olar ki, əksəriyyəti səhv çıxan məşhur ekstrasens Nadim Əlixanov da heç bir hesabat verməyib. Məsələ ilə əlaqədar ekstrasensin özü ilə əlaqə yaratmağa çalışsaq da, o, telefonda cavab verə bilməyəcəyini bildirib.

N.Əlixanov 2017-ci il üçün verdiyi proqnozda bildirmişdi ki, Dağlıq Qarabağda aprel ayına kimi yenə də müharibə olacaq. Əlavə etmişdi ki, Qarabağ müharibəsinə çox az vaxt qalıb.

Sitat: “Müharibə ötən dəfəkindən (2016-cı il Aprel savaşı nəzərdə tutulur – red.) daha qızğın, kəskin şəkil alacaq. 2017-2018-ci illər Azərbaycanda sıxıntılı illər olacaq. Dolların məzənnəsi qalxaraq ilin ortalarına qədər (2017-ci il – red.) 2.50 manat dəyərində olacaq. İnsanlar ayağa qalxacaq, böhran olacaq. Çox sayda mitinqlərin olacağı gözlənilir. Hakimiyyət çalxalanacaq. Hökumətdə bir çox dəyişikliklər gözlənilir. Bir çox dövlət məmuru işdən çıxarılacaq, həbs olunacaq. Baxmayaraq ki, Əli İnsanovun işini uzadırlar, amma o, azadlığa çıxacaq. İlqar Məmmədov da buraxılacaq”.

Ekstrasensin verdiyi proqnozda dediyi kimi, Qarabağda qızğın döyüşlər baş vermədi, dolların məzənnəsi 2.50 manata qalxmadı, ölkədə mitinqlər baş vermədi, hökumətdə hər hansı çalxalanma da müşahidə edilmədi, Əli İnsanov və İlqar Məmmədov həbsdə qaldı.

Maraqlısı isə odur ki, ekstrasens verdiyi psoqnozla başlı heç bir hesabat vermədiyi halda, növbəti il üçün yeni proqnoz verib.

Ekstrasens iddia edir ki, 2018-ci ildə dünyanı terror, fəlakət, müharibələr bürüyəcək, ölkəmizdə məmur həbsləri olacaq:

“Dünyada baş verən hadisələrin çoxu təbii fəlakətlər deyil, süni yaradılan təkanlardı. 2018-ci ildə də bunlar davam edəcək. Ölümlər çox olacaq.

Müharibələr getdikcə daha da qızışacaq. Hindistan, Amerika, İndoneziya, Yaponiya və Meksikada ölüm hadisələri, okean daşqınları olacaq. Ərəbistanda terror hadisəsi olacaq. Düşünə bilərsiniz ki, sakit və təhlükəsiz yerdi. Ancaq buna baxmayaraq, terror olacağını görürəm. 2018-ci ildə hansısa ölkənin prezidenti öz əcəli ilə ölməyəcək, ona qarşı sui-qəsd ediləcək”.

N.Əlixanovun növbəti öngörüsü isə Rusiya ilə bağlıdır. Onun proqnozuna görə, Rusiyada keçiriləcək çempionatda terakt baş verəcək:

“Turnirdən sonra daha da qızışacaq. Ukrayna yenidən qarışacaq, dövlətdə böyük dəyişikliklər gözlənilir. Türkiyədə yenidən terror hadisələri gözlənilir. Azərbaycanda da gərginlik olacaq, bəzi məmurların iç üzü açılacaq. 2018-ci il bəzi məmurlar üçün heç də yaxşı olmayacaq. Dəyişiklik olacaq, il olaraq çətin, gərgin il olacaq.

Ermənistanda da terrorlar olacaq və ölkə qarışacaq. Gürcüstanda dəyişiklik olacaq, İranda sabitlik olmayacaq. Daha sonra 2018-ci ildə yenidən bir xəstəlik üzə çıxacaq Yer üzündə, milyondan çox insan öləcək.

Bir də təyyarə qəzası baş verəcək”.

Böyük ehtimalla, bir ildən sonra bu öngörülər haqda da analoji fikirləri yazacağıq.

Yaşayarıq, görərik…

Tarix
2017.11.23 / 22:06
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla