Yuxarı

Səlim Müslümovun hansı müavini əlildir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Zahid Orucun Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinlərindən birinin Qarabağ müharibəsi əlili olması ilə bağlı təklifi ictimaiyyətdə olduqca maraqla qarşılanıb.

Axar.az-ın məlumatına görə, deputat hesab edir ki, Qarabağ müharibəsi əlili problemlərə daha yaxından bələd olduğu üçün onların problemlərinin həllində yaxından iştirak edə bilər.

Maraqlıdır, görəsən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun müavinləri arasında əlilliyi olan varmı?

Bildirək ki, S.Müslümovun hazırda dörd müavini var. Onlar İdris Balakişi oğlu İsayev, Mətin İmdad oğlu Kərimli, Natiq Nəsir oğlu Məmmədov və İlqar Elxan oğlu Rəhimovdur.

Nazirin birinci müavini İ.İsayev 1970-ci ildə anadan olub, 47 yaşı var. O, 2014-cü idə isə prezident sərəncamı ilə nazirin müavini təyin edilib. Prezident İlham Əliyevin 5 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalına layiq görülüb. Rus və ingilis dillərini bilir. Evlidir, 3 övladı var.

Nazirin ikinci müavini M.Kərimli 1979-cu ildə anadan olub, 38 yaşı var. Bakı Dövlət Universitetini bitirib, Strasburq Universitetində (Fransa) Avropa elmləri üzrə fənlərarası diplom, 2001-2002-ci illərdə Avropa elmləri üzrə magistr dərəcəsi alıb.

2003-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçmiş və hazırda ehtiyatda olan baş leytenantdır. 2014-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini təyin edilib. İngilis, fransız, rus və ispan dillərini bilir. Evlidir, 3 övladı var.

N.Məmmədov nazir S.Müslümovun 3-cü müavinidir. 1956-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Tibb Unversitetini bitirib. 2004-2006-cı illərdə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2006-cı ildən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinidir. Evlidir, 5 övladı var.

Nazirin dördüncü müavini İ.Rəhimov 1964-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib, iqtisadçıdır.

1999-2004-cü illərdə nazirin birinci müavini, 2004-cü ilin noyabr ayından indiyədək nazir müavinidir. Rus və ingilis dillərini bilir. Milli Paralimpiya Komitəsinin prezidentidir.

Tarix
2017.11.23 / 17:20
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla