Yuxarı

Dərslər 8:00-da başlamasın - Ekspertdən maraqlı təklif

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məktəblərdə dərslər digər siniflərdə saat 8-də başlasa da, 1-ci siniflərin dərsi saat 9-da başlamalıdır. 1-ci sinfə gedənlər 3 saat dərs keçirlər. Bu müddət uzun olmadığına görə, dərslər saat 9-da da başlaya bilər.

Bu sözləri Axar.az-a təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, son illər ərzində Azərbaycan təhsil sistemində aparılan islahatlar nəticəsində köklü dəyişikliklər baş versə də, həlli vacib olan müəyyən problemlər qalmaqdadır:

“Bu, daha çox cəmiyyətin vərdiş etdiyi hallardır ki, onların dəyişdirilməsi ictimai narazılıq doğura bilər. İbtidai sinif şagirdlərinin səhər saatlarında dərsə getmələri və vaxtaşırı rast gəlinən gecikmələr ilk baxışdan ciddi problem kimi nəzərə çarpmır. Bəzən şagirdlərin saat 8:00-da dərsə başlamasının labüd olduğunu deyirlər. Valideynlər bunu ona görə müsbət qəbul edir ki, onlar övladlarını məktəbə aparıb ordan da özləri işə gedə bilirlər. Amma valideynlər üçün rahat olan məsələ şagirdlər üçün əslində ciddi problemdir”.

Ekspert vurğulayıb ki, səhər saat 8-də dərsə başlayan məktəblərdə oxuyan azyaşlılar bu adətə vərdiş edə bilmir, ya dərsə gecikir, ya da dərsdə ən azı, yuxulayırlar:

“Bu hala daha çox 1-ci sinif şagirdlərində rast gəlinir. Bir məsələni qeyd etmək istəyirəm ki, 2011-ci ildə Nazirlər Kabineti tərəfindən qəbul edilmiş Orta məktəblərin nümunəvi Nizamnaməsinə görə, orta məktəbin pedaqoji şurası müəssisənin iş rejimində dəyişiklik edə bilər.

Hesab edirəm ki, dərsə saat 8-də başlaması təcrübəsi sovet dövründən qalıb. Dərsə tez başlamaq onu tez də qurtarmaq deməkdir. Səhər saatlarında dərsə başlanması müəllim və şagirdlərin vaxt məfhumuyla bağlıdır. Onun dərsin keyfiyyətinə heç bir təsiri yoxdur. Əksinə, şagirdin məktəbə tez gedib-qayıtması onun istirahəti və əlavə olaraq müəllim yanında hazırlaşması üçün vaxt qazanmasına imkan verir”.

Ekspert qeyd edib ki, bu məsələ ilə bağlı İngiltərənin Oksford Universitetinin apardığı tədqiqatlar 10 yaş kateqoriyasında olan uşaqların əksəriyyətinin çox erkən saatlarda dərslərin başlamasına görə diqqət dağınıqlığı kimi problemlər yaşadığını göstərib:

“Ən yaxşı təhsil nəticələr isə dərsə saat 11-dən sonra başlayan uşaqlarda müşahidə edilib. Tədqiqatı aparan Oksford Universitetinin alimi Kelley bu barədə yazırdı ki, şagirdlərin dərsə günün ikinci yarısından etibarən başlaması onların qat-qat daha məhsuldar olmalarına gətirib çıxara bilər. Düşünürəm ki, bu təcrübədən yararlansaq, uşaqlar üçün səmərəlilik daha artıq olar”.

Tarix
2017.11.24 / 08:15
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla