Yuxarı

Həbsin sifarişini Eldar Mahmudov verdi - General

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə proses davam edib.

Axar.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmişlər və onların nümayəndələri çıxış edib.

Zərərçəkmiş Xalıq Sadıxovun vəkili Adəm Məmmədov mülki iddalarının təmin olunmasını istəyib. Qeyd edib ki, təqsirləndirilən şəxslərə qarşı 300 min manatlıq mülki iddiaları var. O, prokurorun tələb etdiyi cəza ilə razı olduğunu bildirib. Digər zərərçəkmişlər də mülki iddialarının təmin olunmasının istəyiblər. Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri çıxışa başlayıb.

Qeyd edək ki, prokuror çıxışında Elçin Quliyevin 15 il, Azər Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum olunmasını, eyni zamanda onların hərbi rütbədən məhrum olunması və əmlaklarının müsadirə edilməsini təklif edilib.

Prokuror Dövlət Təhlükəsizlik Xidmətinin Elçin Quliyevə qarşı qaldırdığı 7 milyon manatlıq, həmçinin cinayət işində adı keçən zərərçəkmişlərin də qaldırdığı digər mülki iddiaların təmin olunmasını tələb edib.

Prosesdə MTN generalı Elçin Quliyevun vəkili çıxış edib.

Vəkil müdafiə etdiyi şəxsin günahsız olduğunu, onun barəsində bəraət hökmünün çıxarılmasını, eyni zamanda mükləri üzərinə qoyulmuş həbsin götürlməsini tələb edib.

Digər təqsirlndirilən Azər Mehdiyevin vəkili də müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Elçin Quliyev isə prosesdə səs-küy salaraq, günühsız olduğunu bildirib:

"Mənim təqsirim yoxdur. Zərərçəkmiş Mətləb Mustafayev həbs edilməmişdən əvvəl nazir Eldar Mahmudov prokurorluqla razılaşdı, sonra onun mənzilinə tapança qoyuldu. Onun həbsinin sifarişini Eldar Mahmudov verib. Mətləb Mustafayevin istintaqını mən aparmamışam".

Zərərçəkmiş Mətləb Mustafayev bildirib ki, Elçin Quliyev bundan əvvəlki prosesdə çıxış edib və Eldar Mahmudovun onunla görüşmək istədiyi deyib: "Çıxışında açıqca dedi ki, Eldar Mahmudov vəzifədən azad olundan sonra onunla məxfi yollarla görüşmək istəyib, lakin Elçin razılaşmayıb. Bundan başqa, Elçin Quliyev həbsxanada intihar edən İlqar Əliyevdən də danışdı. Elçin çıxışında İlqarın ona zəng edərək vəkil istədiyini dedi".

Növbəti proses noyabrın 27-də davam edəcək.

Tarix
2017.11.24 / 13:54
Müəllif
Hacı Zeynalov
Şərhlər
Digər xəbərlər

Regiondan uzaq dövlətlərin prosesə maneə törətməsi...

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla