Yuxarı

"Allah.az" adlı sayt ideyası qalmaqal yaratdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin qazilərindən biri və Bakı Kəndlər Birliyinin sədri "Allah.az" adlı saytın yaradılması ideyasına etitaz ediblər.

Nardaran ağsaqqalı Natiq Kərimov bildirib ki, E.Mirinin ideyaları əksər hallarda Azərbaycan gerçəkliyinə, Azərbaycanın tapındığı İslam inancına zidd olur. E.Mirinin "Allah" adı ilə sayt açmasının əleyhinədir:

"Azərbaycan əhalisinin 80 faizi şiə inanclıdır. Amma Elşad Mirinin ideyaları, səsləndirdiyi fıkirlər daha çox Səudiyyə Ərəbistanından gəlmə düşüncələrə oxşayır. Elşad Miri milyonlarla azərbaycanlının tapındığı Aşuranı başqa cür qələmə verməyə çalışır. Bizim alimlər istənilən məsələdə Elşad Miri ilə polemikaya hazırdır".

Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəsmi dini vəhhabilikdir.

E.Miri haqqındə səslənən ittihamlara cavab verib. O bildirib ki, Azərbaycanın tapındığı İslam dinini deyil, Allahın göndərdiyi dini yaşamağa çalışır:

"Bunu da Onun göndərdiyi Kitabına və Elçisinin səhih sünnəsinə uyğun həyata keçirirəm. Azərbaycanın tapındığı İslam dini ildə bir dəfə Aşuraya gedib nəzir-niyaz paylamaqdırsa, haranısa pir halına gətirib ordakıların vasitəsilə Yaradandan nə isə istəməkdirsə, bir ölü üçün xərclənəni (yas məclislərindən çadırlara, mərmərdən olan baş və sinə daşlarından ehsanlara kimi olanları) Allah üçün xərcləməməkdirsə, Allahın dirilər üçün göndərdiyi Kitabını ölülər üçün oxuyub pul qazanmaqdırsa, əxlaqsızlığa siğə adı altında don geyindirməkdirsə, bəli, ağsaqqal düz buyurur, bu mənim tapındığım din deyil.

İkincisi "Allah.az" adlı domeinin şiəliyə və ya sünniliyə nə aidiyyəti olduğunu anlaya bilmədim. Mən özümü Allahın əmrinə uyğun olaraq müsəlman adlandırır və hansısa məzhəbə özümü aid etmirəm. Allahımız da Quranda bizdən firqələşməməyi buyurursa, bu fərqli fikirdə olanların öz işidir... Kiminsə neçə faiz olmasının da bura nə aidiyyəti olduğunu başa düşmürəm.

Üçüncüsü, səsləndirdiyim fikirlərin Səudiyyə ilə nə üçün əlaqələndirilməyini isə heç anlamıram. Yoxsa mən ordakı krallığı tərifləyirəm və ya onların etdiklərinə haqq qazandırıram, yaxud onlar "Allah.az"-ın açılmasının tərəfdarı olduqlarını demişəm... Allahıma şükürlər olsun ki, mən bu cür fikirlər səsləndirənlər kimi, İslamı hansısa ölkə ilə heç vaxt əlaqələndirmirəm və heç bir ölkəni də İslamın bayraqdarı olaraq qəbul etmirəm... Amma səsləndirdiyim fikirlərin Ərəbistan yarımadasından bizə gələn Quranla və Allahın sonuncu Elçisi ilə əlaqəlindirilirsə, buna ancaq təşəkkür edirəm...

Dördüncüsü, mən milyonlarla azərbaycanlının tapındığı Aşuranı başqa cür deyil, Məhəmməd peyğəmbərin göstərişinə uyğun olaraq oruc tutmağa səsləyirəm. Allahın özünüzə zülm verməyin əmrinə uyğun olaraq ("Tövbə" surəsi, 9/36) əzadarlıq adı altında riyaya yol verməməyə çağırıram... Aşuraya isə tapınmırlar, Allaha tapınırlar".

Elşad Miri sonda bildirib ki, "əgər bu mövzuda "alimlər"iniz polemikaya hazırdırlarsa, onda gərək bir az da öyrənsinlər ki, qarşıma çıxa bilsinlər".

Məşədi Dadaş məscidinin imam-camaatı, Mənəvi Dünya İctimai Birliyinin sədri Hacı Şahin Həsənli də "Allah.az" adlı saytın yaradılmasını düzgün hesab etmədiyini "Aznews.az" saytına deyib. O bildirib ki, Allah-Təalanın təbliği başqa resurslarla da aparıla bilər:

"Hər kəsin öz fikiri var. Amma mən bunun əleyhinəyəm. Rəbbimizin adının bu istiqamətli fəaliyyət üçün istifadə olunması məqsədəuyğun deyil. İnternet resurslarda belə işin görülməsi Allah-Təalanın şəninə yaraşmayan hərəkətdir".

Xatırladaq ki, Elşad Mirinin "Allah.az" adlı sayt yaratma ideyasını və bu yöndə artıq hazırlıq işlərini bir müddət əvvəl "Axar.az" olaraq yazmışdıq.

Tarix
2013.11.24 / 19:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla