Yuxarı

Bakıda dəhşətli qəzanın səbəbi – Ekspertdən müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yollarımızda qırğınlar davam edir. Bir günə 10 ölüm. Bir hadisədə 5 nəfərin ölməsi isə dünyanın hər yerində medianın diqqətini çəkən faktdır. Dünənki hadisə üz-üzə toqquşmadır, deməli, onlardan biri əks istiqamətli zolağa keçibmiş.

Axar.az xəbər verir ki, bu sözləri hüquqşünas, yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynov dünən gecə saatlarında bir ailənin 5 üzvünün ölümü ilə nəticələnən yol qəzası ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, dünənki bu qırğın tipik bir şəraiti qabardıb. Həmin faciə qaranlıq vaxtı çiskinli havada avtomobillərin üz-üzə toqquşması ilə baş verib:

“Sürücülərimizin xeylisi bəsit bir faktı unudurlar. Gecə vaxtı görünmə onsuz da məhduddur. Qarşı-qarşıya hərəkət edən avtomobillərin işıqlarının yaratdığı fon isə görünməni 50%-ə qədər pisləşdirir. Gözlərin qamaşması olduqda isə görmə 0-a yaxınlaşır.

Bunun üzərinə islanmış şüşələri və güzgüləri də əlavə edəndə, az qala avtomobili gözübağlı sürmək kimi bir şey alınır. Ona görə də diqqətli olun, sürəti aşağı salın, sərt manevr etməyin, ötmədən və zolaq dəyişmədən çəkinin, əks istiqamətli zolaqlara keçməyi isə ağlınıza da gətirməyin. Belə şəraitdə hətta ayırıcı xətdən aralı, yolun ən sağı ilə sürün.

Dünənki hadisə üz-üzə toqquşmadır, deməli, onlardan biri əks istiqamətli zolağa keçibmiş. Nəticə göz önündədir: bir ailənin 5 üzvü artıq yoxdur”.

Qeyd edək ki, Lökbatan-Xocasən avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində dəhşətli qəza qeydə alınıb. Qəza “Mersedes” markalı minik avtomobilinin idarəetməni itirərək “KamAZ” markalı yük maşınının arxa hissəsinə çırpılması nəticəsində baş verib.

Ölənlərin hamısı bir ailənin üzvləridir. Onların arasında 6 aylıq uşağın da olduğu bildirilir.

Tarix
2017.12.06 / 17:57
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla