Yuxarı

Bitməyən tıxac problemi - Ekspertdən təklif

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda hündürmərtəbəli avtomobil parkomatlarının tikilməsi əsasən mərkəzi küçələrdə sıxlığın azalmasına səbəb ola bilər.

Bunu Trend-ə nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Milli Məclisdə Bakıda hündürmərtəbləi parkomatların tikilməsi və elektrik qatarlarının bərpa edilməsi ilə bağlı səsləndirilən təkliflərə münasibət bildirərkən deyib.

Ə.Hüseynov bildirib ki, Bakıda sıxlıq yaranan küçələr iki cürdür: "Bəziləri magistral əhəmiyyətli küçələrdir. Ziya Bünyadov və Tbilisi prospektləri, Bakı-Sumqayıt və Binəqədi yolları və s. Həmin yolların kənarında parklanma yoxdur. Bu yollarda tıxaca səbəb qanunsuz parklanma deyil, orada nəqliyyatın çoxluğu, avtomobillərin sayının yolun buraxıcılıq qabiliyyətindən artıq olması, yolun alternativinin olmaması və s. amillərdir. Həmin ərazilərdə hündürmərtəbəli parkomatların tikilməsi tıxacın aradan qaldırılmasına kömək edə bilməz".

Ekspert hesab edir ki, hündürmərtəbəli və ya yeraltı parkomatların tikilməsi şəhərin mərkəzi küçələrində tıxacların azalmasına səbəb ola bilər: "Səməd Vurğun, 28 May və Xaqani küçələri və s. Bu ərazilərdə yol kənarlarından parklanmanın yığışdırılması həmin ərazilərdə hərəkət şəraitini yaxşılaşdıra bilər. Parklanmaya qoyulan investisiya uzun müddətə geri qayıdır və ona görə də sahibkarlar bu məsələdə maraqlı deyillər. Parkomatların tikilməsi üçün güzəşt edilməlidir. Həmçinin, parkomatların tikilməsi üçün müvafiq yerlər ayrılmalıdır".

Elektik qatarlarının bərpasına gəlincə isə Ə.Hüseynov bunun yaxşı ideya olduğunu vurğulayıb. O qeyd edib ki, Bakı ətrafı qəsəbələrdən şəhərə gələn insanların nəqliyyata olan tələbatı elektrik qatarları vasitəsilə təmin edilsə, bu, paytaxt yollarının yükünü xeyli azaldar və yollarda sıxlığın aradan qalxmasına kömək olar".

Qeyd edək ki, Milli Məclisin deputatı Aydın Mirzəzadə Bakıda tıxacların aradan qaldırılması üçün hündürmərtəbəli parkomatların tikilməsini, deputat Çingiz Qənizadə isə elektrik qatarlarının bərpa edilməsini təklif edib.

Tarix
2017.12.07 / 09:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla