Yuxarı

Avtobuslar üçün tıxac dərdi aradan qaldırılır, amma... - BNA

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar paytaxt nəqliyyatında ən çox rast gəlinən problemlərdən biri avtobusların dayanacaqlara nəzərdə tutulan vaxtdan gec gəlməsidir. Təəssüf ki, nəinki yağışlı, qarlı havada, hətta normal hava şəraitində də avtobuslar gecikir.

Məsələ ilə bağlı Axar.az-a danışan Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bu gün də yaşanan problemin tıxacdan qaynaqlandığını deyib:

“Avtobusların keçdikləri ərazidə tıxaclar olur. Fikir vermisinizsə, gecikmələr günün pik saatlarına - səhər və axşam saatlarına düşür. Avtobus yerüstü nəqliyyat vasitəsidir. Elə olur ki, 6, 7 avtobus tıxacda qalır, tıxac aradan qalxdıqda isə dalbadal gəlir”.

Mais Ağayev onu da qeyd etdi ki, gecikmələrin qarşısını almaq üçün yollarda xüsusi zolaq olmalıdır:

“BNA avtobusların gecikməsinin qarşısını almaq üçün xüsusi hərəkət zolaqları təklifini irəli sürüb. Bu təkliflərimiz reallaşarsa və şəxsi avtomobilindən istifadə edən sürücülər bu zolaqlara daxil olmazsa, avtobuslarda gecikmələr olmayacaq. Biz avtobuslar üçün xüsusi zolağı Yusif Səfərov küçəsində çəkdik. Məhəmməd Füzuli küçəsində də belə xətlər mövcuddur, artıq müvafiq nişanlanma işləri aparılır”.

Mətbuat katibi şəxsi avtomobildən istifadə edən şəxslərdən gileylənib:

“Çox təəssüf ki, Məhəmməd Füzuli küçəsində yerləşən obyekt sahibləri və obyektlərə gələn şəxslər avtomobillərini avtobuslar üçün ayrılmış xüsusi zolaqda saxlayırlar. Nəticə etibarı ilə həmin ərazidən keçən avtobuslar yolunu dəyişməli, ya da tıxacda qalmalı olurlar. Yəqin ki, bu sürücülərə qarşı cərimə tətbiq edilir. Lakin hər şeyi cərimə ilə həll etmək düzgün deyil. İnsanların psixologiyası dəyişməlidir. Onlar bilməlidir ki, avtobusun hərəkətinə mane olurlarsa, yolu kəsirlərsə, o deməkdir ki, həmin avtobusda olan 50-60 nəfərin işə gecikməsinə şərait yaradırlar”.

Mais Ağayev bildirib ki, avtobusların gecikməsində təkcə sürücülər günahkar deyillər, bəzən şirkətlər xəttə az sayda avtobus buraxırlar.

Tarix
2017.12.08 / 13:30
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla