Yuxarı

Azərbaycanlı “krallar” Rusiyada ikinci nəhəng bazanı tikir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvanın daşınmaz əmlak kralları, “Kiyevskaya ploşad” şirkətinin sahibləri, Azərbaycan əsilli milyarderlər Qod Nisanov və Zarah İliyev Rusiya paytaxtında daha bir nəhəng topdansatış ərzaq bazası tikməyə hazırlaşır.

Virtualaz.org xəbər verir ki, biznesmenlər bu məqsədlə Moskva ətrafındakı Ximki rayonunda 33 hektar torpaq sahəsi alıblar. Sövdələşmə 3 milyard rubl həcmində dəyərləndirilir.

Mənbələr deyiblər ki, “Kiyevskaya ploşad” şirkətinin Moskvadakı “Food City” topdansatış ərzaq bazası tipində yeni topdansatış bazası tikmək planı var. 91 hektar sahəni tutan və 1 milyon kvadratmetrə yaxın obyekt sahəsi olan “Food City” Moskvanın topdansatış ərzaq və meyvə-tərəvəz bazarının böyük hissəsinə nəzarət edir. “Forbes”in hesablamalarına görə obyektin icarəsindən ildə 1.27 milyard dollar gəlir əldə ounur. Nisanov və ortaqları Moskvada bundan başqa bir sıra kommersiya daşınmaz əmlakın sahibləridir.

Bu arada Rusiya mənbələri onu da xəbər verir ki, Nisanov və İliyev “Moskva-Siti” elit yaşayış və biznes kompleksində 50 mərtəbədən ibarət “Grand Tower” göydələninin tikintisi layihəsindən imtina edib. Biznesmenlər bu layihəni Griqori Bayevskiyə satıb. Bayevski Putinin dostu olan Rotenberq qardaşlarının biznes ortaqlarıdır. Hazırda göydələnin tikintisi dayanıb, təkcə özül işləri görülüb. Bu layihənin başa çatdırılması üçün 350-400 milyon dollar investisiya tələb olunur.

Tarix
2017.12.08 / 14:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla