Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Noyabr 2018


Qulinin kirvəsinə hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kriminal aləmdə Lotu Quli ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə Məhəbbət Namazovun vəkili Təranə Əliyevə çıxış edib.

O, müvəkkilinin günahsız olduğunu deyib. Bildirib ki, Məhəbbət Namazov şərlənərək həbs edilib.

Daha sonra son sözlə çıxış edən Məhəbbət namazımov da özünü təqsirli bilməyib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Sonra hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar. Bir neçı saatlıq müşavirədən qayıdan hakimlər hökm elan ediblər.

Hökmə əsasən, Məhəbbət Namazov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror Məhəbbət Namazovun barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqrdarda narkotik əldə etmə) maddəsini həmin məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan narkotik vasitə əldə etmə) madddəsinə, 228.2.2-ci (qanunsuz silah saxlama) maddəsini isə 228.1-ci maddələrinə tövsif edilməsini istəyib, onun 4 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

İttihama görə, Məhəbbət Namazov 2016-cı il noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi avtomobildən "Makarov" tipli tapança və külli miqdarda narkotik aşkar olunub.

Məhəbbət Namazovun Ağstafa rayonun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən xeyli patron tapılıb.

Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci (qanunsuz olaraq təkrar odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilir.

Tarix
2017.12.08 / 15:00
Müəllif
Hacı Zeynalov
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bakıda 10-a yaxın bağçanın müdiri işdən çıxarıldı

Solmaz Əbiyeva Pakistanda həbs edildi

Bakının bu ərazisində işıq olmayacaq - 4 gün

Yevlaxda dəhşətli qəza: Yaralılar var

Bakının məşhur avtoşu öldürüldü - Video

Bakı polisindən Kərimlinin həbsi ilə bağlı - Açıqlama

Sabahın hava proqnozu açıqlandı

Azərbaycanlı Almaniyada həmyerlilərinin qanını tökdü

Fazil Məmmədov xəstəxanaya yerləşdirildi

BNA-dan dəhşətli qəza ilə bağlı – Müəmmalı açıqlama

KULT
<>
Xəbər xətti
 
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla