Yuxarı

Dünya tarixinə yön verən 5 türk imperiyası – Axar TV

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türklər hələ də dünyanın ən çox dövlət quran xalqı hesab edilir. Tarix boyu dövlətsiz qala bilməyən türklər dünya tarixinə yön verən əsas xalqlardan biri sayılırlar. Dünya mədəniyyəti, siyasəti, iqtisadiyyatına böyük təsir göstərən bu dövlətlər çox zaman tarixin yönünü dəyişdirməyə də müvəffəq olublar.

Axar TV dünya tarixinə öz damğasını vuran ən böyük türk imperiyalarından 5-ni təqdim edir:

Böyük Hun İmperatorluğu

Eradan əvvəl 220-ci ildə Teoman tərəfindən yaradıldığı iddia olunur. Türk tarixinin ilk imperatorluğudur. Bu imperatorluğun ən güclü hökmdarı Mete xandır. Onun dövründə Çin tam olaraq Böyük Hun İmperiyasının təsir dairəsinə girib. Mete xanın hakimiyyəti dönəmində imperiyanın ərazisi 4,03 milyon kvadrat kilometri əhatə edib. Mete xan sonradan yaradılacaq bütün türk dövlətləri üçün əsas ilham mənbəyi olub. Böyük Çin Səddi Mete hücumlarına görə çəkilib.

Göytürk xaqanlığı

552-744-cü illərdə mövcud olub. Tarixdə ilk dəfə özünü türk olaraq adlandıran dövlət kimi təqdim edilir. Xaqanlıq 13 milyon kvadrat kilometr ərazini əhatə edib. Müxtəlif dövrlərdə onun tərkibinə Krım, Qafqaz, Mərkəzi Asiya və Çin daxil olub. Xaqanlığın ən məşhur hökmdarı Bilgə xaqandır. Xaqanlıq süqut etsə də, uzun illər türk tayfalarının fəaliyyətinə, mədəniyyətinə və idarəetmə formasına böyük təsir göstərə bilib.

Böyük Səlcuq İmperiyası

1038-1157-ci illərdə mövcud olub. I Toğrul tərəfindən əsası qoyulan dövlət Mərkəzi Asiyadan Bizans sərhədlərinə qədər böyük ərazilərə sahib olub. Səlcuqların ərazisi 10 milyon kvadrat kilometrdən çox olub. Səlcuq hökmdarı Alp Arslan dönəmində Anadolu oğuz türklərinin tam olaraq vətəninə çevrilib. Türk tarixində mühüm rol oynayan imperiya monqolların hücumlarından sonra dağılmağa başlayıb. Müxtəlif hissələrə parçalanan imperiyanın qalıqları uzun illər monqollara kəskin müqavimət göstərib.

Osmanlı imperiyası

1299-cu ildə Osman tərəfindən yaradılıb. Türklərin indiyə qədər ən uzun yaşayan imperiyası hesab edilir. 1922-ci ilə qədər varlığını qoruyan dövlətin əraziləri 17-ci əsrdə pik həddə - 19 milyon kvadrat kilometrə çatıb. Bu türk dövləti Avropanın, Yaxın Şərqin, Şimali Afrikanın tarixində mühüm rol oynayıb. Uzun illər Avropanı öz təsir dairəsində saxlayan Osmanlı XIX əsrə qədər onun taleyinin müəyyənləşməsində mühüm rola sahib olub. Osmanlı həmçinin Yaxın Şərqdəki müsəlmanların gələcək taleyinə təsir göstərib. Birinci Dünya Müharibəsi Osmanlının varlığına son qoyulmasına şərait yaradıb. Bu imperiya dağılsa da, ondan sonra yaranan konfliktlər hələ də bitməyib. Yaxın Şərqdə sülhü qorumağı bacaran Osmanlıdan sonrakı dövrlərdə Yaxın Şərqdə tükənməz müharibələr start götürüb. Eyni proses Şimali Afrikada da yaşanıb.

Səfəvilər dövləti

1501-ci ildə yaradılan Azərbaycan dövlətidir. 235 il hökmranlıq edən dövlət İran, Qafqaz, Yaxın Şərq və Orta Şərqin taleyində mühüm rol oynayıb. Şah İsmayıl tərəfindən yaradılan imperiya 3,5 milyon kvadrat kilometr ərazini əhatə edib.

Ölkənin rəsmi dili həmçinin Azərbaycan türkcəsi olub. Səfəvilərdə Azərbaycan türklərinin mövqeyinin nisbətən zəifləməsi I Abbasın hökmranlığı zamanına düşüb. Bu dövlət həmçinin şiə təriqətinin mövqelərinin gücləndirilməsində böyük rol oynayıb. Bu isə sonrakı dönəmlərdə bölgənin taleyinə ciddi təsir göstərib. Səfəvilərin hökmranlığına elə onun yaranmasında iştirak edən Əfşarlar son qoyublar. Bu dövlətin süqut etməsinə rəğmən onun əraziləri mərhələli şəkildə 1925-ci ilə qədər bir zamanlar onun yaradılmasında yaxından iştirak edən əfşarlar və qacarlar tərəfindən idarə olunub.

Bu dövlətin süqutu Azərbaycanın vahidliyinin pozulmasına səbəb olub. Ölkədə xanlıqlar yaradılıb ki, bu da sonradan ölkənin hissə-hissə işğalına şərait yaradıb. Səfəvilərin süqutu Azərbaycanın bəlalarının başlanğıcı sayılır.

Tarix
2017.12.09 / 14:30
Müəllif
Ülkər Həsənova
Şərhlər
Digər xəbərlər

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla