Yuxarı

İlham Əliyev rusiyalı deputatlarla görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:57

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, parlamentlərarası əməkdaşlığın əlaqələrimizin möhkəmlənməsində rolu qeyd edilib.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ilə Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin birgə komissiyasının Bakıda keçirilən iclasının bu əməkdaşlığa verdiyi töhfəni vurğulayıb. Dövlət başçısı parlamentlər səviyyəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini bildirib.

Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinın salamlarını dövlət başçısına çatdırıb. Qonaq Azərbaycana gəldiyi ilk gündən Bakıda gedən inkişaf proseslərinin onlarda dərin təəssürat doğurduğunu deyib. Dekabrın 12-də ulu öndər Heydər Əliyevin anım gününün qeyd olunacağını vurğulayan Leonid Kalaşnikov bildirib ki, bu böyük şəxsiyyətin xatirəsi Rusiyada bu günə kimi dərin hörmətlə yad edilir.

Dövlət başçısı İlham Əliyev Vyaçeslav Volodinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Dövlət Dumasının sədrinə çatdırmağı xahiş edib.

Tarix
2017.12.11 / 13:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla