Yuxarı

Dəhşətli qəza törədən məmur kimdir? – İlginc

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtərdə bir nəfərin ölümü ilə nəticələnən qəzanın iştirakçısı olan məmurun Tərtər icra başçısının müavini olan qardaşı da ölümlə nəticələnən qəzaya görə işdən azad edilibmiş.

Axar.az xəbər verir ki, Tərtər rayonunda baş verən yol-nəqliyyat hadisəsində bir nəfərin ölümünə səbəb olan “Toyota Land Kruiser” markalı avtomobilin sürücüsü, Bərdə Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Orqanları ilə İş üzrə şöbə müdiri Zaur Bəylərov bir vaxtlar Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini olmuş Vidadi Bəylərovun qardaşıdır.

Maraqlıdır ki, Tərtər RİH başçısının müavini olmuş V.Bəylərov vəzifəsindən məhz ölümlə nəticələnən qəzaya görə azad edilmişdi. Belə ki, V.Bəylərovun oğlu 2013-cü ildə avtoxuliqanlıq edərkən, bir gəncin həyatına son qoymuş, digərinin isə ömürlük şikəst qalmasına səbəb olmuşdu. Oğlunun törətdiyi dəhşətli qəzaya görə atası, Tərtər icra başçısının müavini V.Bəylərov işdən azad edilmişdi.

Məlumat üçün bildirək ki, Z.Bəylərovun qəzanı içkili halda törətdiyi barədə iddialar da yayılıb. Bildirilir ki, Z.Bəylərov sərxoş halda avtomobili idarə edib və qəza da məhz bu səbəbdən baş verib.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da, mətbuatdan zəng etdiyimizi və sualımızın qəza ilə bağlı olduğunu biləndə, Z.Bəylərov telefonu söndürdü. Şöbə müdirinin qəzası ilə bağlı sözügedən İcra Hakimiyyətindən də heç kəs açıqlama vermək istəmədi.

Qeyd edək ki, dünən Tərtər rayonunda “Toyota Land Kruiser” markalı avtomobillə KİA markalı avtomobil toqquşub. Hadisə nəticəsində KİA-nın sürücüsü Elşad Abbasov ölüb.

KİA ilə toqquşmuş “Toyota Land Kruiser” markalı avtomobilin sürücüsü Bərdə Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə Orqanları ilə İş üzrə şöbə müdiri Zaur Bəylərovdur. Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

DİN-in məlumatına görə, dekabrın 10-da, saat 20 radələrində baş verən bu qəza ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Tarix
2017.12.11 / 11:58
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla