Yuxarı

İlhamənin oğlu niyə tutuldu, nəyə azad edildi? – Müəmma

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Orxan Nadirov sərbəst buraxılsa da, onunla bağlı istintaq tədbirləri davam edir.

Bu sözləri Axar.az-a DİN Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev dünən həbs xəbəri yayılan mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun azadlığa buraxılması ilə bağlı danışarkən deyib.

Məlumat üçün xatırladaq ki, İ.Quliyevanın oğlu O.Nadirov iki gün öncə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi üzrə başlanılmış cinayət işi üzrə polis əməkdaşlarının keçirdikləri əməliyyat – axtarış tədbirləri nəticəsində saxlanılmışdı. Dünən sərbəst buraxıldıqdan sonra mətbuata açıqlama verən O.Nadirov bildirib ki, onu şahid kimi dindirilmək üçün Binəqədi Rayon Polis İdarəsinə dəvət ediblər, lakin o məsuliyyətsizlik edərək getməyib:

“Binəqədi Rayon Polis İdarəsinin baş müstəntiqi Mehman Ələsgərov tərəfindən bir cinayət işində şahid qismində dəvət edilmişdim. Ancaq məsuliyyətsizlik edərək getmədiyim üçün barəmdə məcburi gətirilmə qərarı çıxarıldı və 48 saat müddətinə azadlığım məhdudlaşdırıldı”.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən hüquqşünas Səməd Vəkilov bildirib ki, başqa bir cinayət işində şahid kimi dindirilmək üçün məcburi qaydada gətirilən şəxs heç vaxt 48 saat müddətində saxlanılmır:

“İstintaq çərçivəsində şahid kimi adı gedən şəxs çağırışdan yayınırsa, polisin onun istintaqa məcburi qaydada gətirilməsi haqqında qərar çıxarmaq hüququ var. Ancaq istintaqa məcburi qaydada gətirilən şəxs heç vaxt 48 saat müddətində saxlanılmır, ifadəsi alındıqdan sonra sərbəst buraxılır”.

Xatırladaq ki, xalq artistinin oğlu Orxan Nadirovun Əliyev Səbuhi Bayram oğlunu azadlığa çıxardacağına söz verərək, Əliyev Kənan və Umudov Mehmandan 75-80 min manat civarında pul aldığı, buna görə də dələduzluq maddəsi ilə qarşı tərəfin şikayəti əsasında istintaqa başlanıldığı bildirilir.

Tarix
2017.12.11 / 12:37
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Dövlətlərarası Şuranın ikinci iclası başladı

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla