Yuxarı

Bakıda tikilməkdə olan bina niyə uçdu? – Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beton düzgün tökülmədikdə və ya tikinti layihəyə uyğun həyata keçirilmədikdə inşaat çökə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin keçmiş müdiri, tanınmış inşaatçı Cahangir Qocayev Bakı şəhərinin Nərimanov rayonu ərazisində tikilməkdə olan 4 mərtəbəli binada baş verən uçqun barədə danışarkən söyləyib. O bildirib ki, bənzər hallarla qarşılaşmamaq üçün inşaatlara mütəmadi olaraq nəzarət edilməlidir:

“Əvvəlcə binaların ekspertiza sənədinə baxmaq lazımdır. Ola bilsin ki, bina ekspertizadan keçib, amma tikintiyə operativ nəzarət olunmayıb. Layihə mərhələsindən sonra tikintiyə nəzarət həyata keçirilməlidir. Material alanda gərək eləsini seçəsən ki, davamlılığı möhkəm, keyfiyyəti yaxşı olsun. Bazardan hər hansı bir materialı alıb bina tikmək olmaz. Həmin binanı tikən şəxlər də tikinti materiallarının keyfiyyətini yoxlamalı idilər. Adətən tikinti materialı istehsalı ilə məşğul olan şəxslər vaxtaşırı inşaatdan kərpic və s. götürüb sınaqdan keçirirlər. Düşünürəm ki, burada günah inşaatçı şirkətdədir. Yalnız bundan sonra sifarişçi tərəfindən tikintiyə texniki nəzarət həyata keçirilir. Yəqin ki, həmin binanın tikintisi zamanı bunlara diqqət olunmayıb.

İnşaatda çalışan briqadir, usta da öz növbəsində tikinti prosesini gözdən qoymamalıdır. Material keyfiyyətli olsa belə, tikintiyə nəzarət həyata keçirilməsə, bu cür hallarla qarşılaşmaq mümkündür”.

Qeyd edək ki, bir neçə gün öncə Nərimanov rayonu ərazisində tikilməkdə olan 4 mərtəbəli binanın sonuncu mərtəbəsində betontökmə işləri zamanı uçqun baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Tarix
2017.12.11 / 13:56
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla