Yuxarı

Millət vəkili türkman liderlə görüşdü - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:08

Millət vəkili Qənirə Paşayeva Bağdadda İraq Türkman Cəbhəsini ziyarət edib və onun lideri Ərşad Salehi ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə İraqdakı vəziyyət, bu ölkədə yaşayan türkmanların durumu, Azərbaycanla İraq arasında münasibətlərin inkişafı istiqamətində mövcud olan potensial barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanı qardaş ölkə adlandıran Ərşad Salehi İraqda türkmanların üzləşdikləri problemlər, onların öz evlərindən köçkün düşmələri, həyatlarını itirmələri, beynəlxalq ictimaiyyətin bu məsələyə biganə münasibəti barədə fikirlərini bölüşüb və türk toplumlarından, diaspor təşkilatlarından daha çox dəstək gözlədiklərini bildirib:

“Özəlliklə, son aylar İŞİD tərəfindən İraqda həyata keçirilən insanlıq dramı və İraqda türkmanların vəziyyətinin daha da gərginləşməsi bizi dərindən narahat etmişdi. İraqda İŞİD-lə mübrizədə əldə edilən nailiyyətlər, bu istiqamətdə vəziyyətin düzəlməsi, türkman soydaşlarımızın yaşadığı acıların azalması üzüntümüzü bir az da olsa, azaltdı. Bu hadisələr zamanı qətlə yetirilən türkman qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbr diləyirik”.

Görüşün sonunda millət vəkili təşkilat rəhbərlərinə Qarabağ problemi ilə bağlı son durumdan da danışıb və Xocalı soyqırımının tanınması məsələsinin İraq Parlamentinin müzakirəsinə çıxarılmasının vacibliyini vurğulayıb. Q.Paşayeva bildirib ki, bu istiqamətdə türkman millət vəkillərinin ciddi dəstək və səylərinə böyük ehtiyac var.

Tarix
2017.12.11 / 23:15
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla