Yuxarı

Əgər Heydər Əliyev olmasaydı... – Slutski

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb.

Axar.az APA-ya istinadla xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyində keçirilən anım mərasimində Rusiyanın tanınmış siyasi və ictimai xadimləri, Dövlət Dumasının və Milli Məclisin deputatları, xarici ölkələrin səfirləri və media nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Heydər Əliyevin səfirliyin binasındakı barelyefinin önünə əklil və gül dəstələri qoyublar.

Mərasimi açan səfir Polad Bülbüloğlu bu günün Azərbaycan xalqı üçün ağrılı bir gün olduğunu bildirib: “Uzun illərdir ki, biz bu zalda dahi liderimizin, müasir Azərbaycanımızın memarı Heydər Əliyevin anım mərasimini keçiririk. Tədbirin keçirildiyi bu zal bu baxımdan çox nadirdir. Çünki Heydər Əliyev özü bu zalda olub. Azərbaycan xalqının ən ağır günündə, 1990-cı ilin 21 yanvarında Heydər Əliyev bu binaya gəlib. Bu gün burda onun məsləkdaşları iştirak edirlər. Bu insanlar Moskvada Heydər Əliyevlə birgə çalışıblar”.

Diplomat Heydər Əliyevin prezidentliyi dövrdə mədəniyyət naziri olduğu vaxtlardan danışıb: “Heydər Əliyevin prezidentliyi dövründə 10 il mədəniyyət naziri olmuşam. Ən çətin vaxtlarda Heydər Əliyevlə birgə işləməyin özü böyük bir məktəbdir”.

Heydər Əliyevin Azərbaycan-Rusiya münasibətlərinə verdiyi töhfələrdən danışan səfir vurğulayıb ki, dahi liderin bu münasibətlərin inkişafında əvəzsiz rolu var: “Heydər Əliyev həyatdan köçəndən sonra da öz xalqının və Azərbaycan-Rusiya münasibətlərinin inkişafının rifahına işləməkdə davam edir”.

nım mərasimi çərçivəsində Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundovanın üç cildlik “Heydər Əliyev: Şəxsiyyət və Zaman” adlı kitabının təqdimat mərasimi keçirilib. Heydər Əliyev Fondunun dəstəyi ilə bu il Moskvada nəşr olunan üçcildlikdə Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri əks olunub.

Mərasimdə çıxış edən Elmira Axundova kitabın nəşrində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fondunun rəhbərliyinə təşəkkürünü bildirib. Daha sonra müəllif kitabda yazdıqları haqqında danışıb:

“İlk kitabda Heydər Əliyevin həyat yolunun başlanğıcından, onun dövlət təhlükəsizlik orqanlarındakı fəaliyyətindən, Azərbaycan SSR-nın rəhbəri seçilməsindən, ikinci kitabda Heydər Əliyevin SSRİ-nin baş katibləri, Yuri Andropov, Konstantin Çernenko və Mixail Qorbaçovla münasibətlərindən, üçüncü kitabda isə Heydər Əliyevin Naxçıvana qayıtmasından, xalqın əzmli tələbi ilə müstəqil Azərbaycanın rəhbərliyinə gəlməsindən, vətəndaş müharibəsinin qarşısını almasından, ölkənin uçurumdan xilas olmasından bəhs olunur”.

Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski çıxışında Rusiya xalqının Heydər Əliyevi hər zaman böyük hörmətlə xatırladığını qeyd edib: “Bu gün çiçəklənən Azərbaycanı Heydər Əliyevsiz təsəvvür etmək olmaz. Heydər Əliyevsiz Azərbaycan dövlət kimi təşəkkül tapmazdı. Bu gün o, səmadan öz oğluna, xalqına, dövlətinə baxır və qürur duyur. Ona görə ki, bu gün Azərbaycan çox irəli gedib. Bu ölkə rəsmi siyasətdə, iqtisadiyyatda, digər ölkələrlə əməkdaşlıqda, o cümlədən Rusiya ilə əlaqələrin inkişafında əminliklə addımlayır. Rusiya ilə əməkdaşlıq isə Azərbaycanın siyasətində xüsusi yer tutur”.

Rusiyalı deputat təqdimatı keçirilən kitablar haqqında danışıb: “Bu kitabların üzlüyündəki şəkilə baxırsan, sanki üzlükdəki fərqli adamlardır, gözlər isə eynidir. Bu üçcildlik əsararəngiz şəxsiyyət haqqında indiyənə kimi yazılan bütün kitabları üstələyir. Bu kitablarda Heydər Əliyevin şəxsiyyəti dərindən təhlil olunub”.

Daha sonra çıxış edən natiqlər Heydər Əliyevin şəxsiyyətindən, Azərbaycan tarixində, Rusiya-Azərbaycan əlaqələrində oynadığı roldan danışıblar.

Tarix
2017.12.12 / 02:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdama getdilər

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla