Yuxarı

Ticarətin təhlükəsiz və asan həyata keçirilməsi... – Təlim

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 12-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Plomblarla bağlı qanunsuz fəaliyyətin aşkar edilməsi” mövzusunda təlim başlayıb.

DGK-nın Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və ÜGT-nin Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramı çərçivəsində təşkil olunan təlimdə Azərbaycan, Tacikistan və Qırğızıstan gömrük xidmətlərinin müvafiq strukturlarının nümayəndələri iştirak edir.

Öncə tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini birdəqiqəlik sükutla yad ediblər.

Təlimin açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev müasir qloballaşan dünyada iqtisadiyyatın inkişafını təmin edən əsas amillərdən birinin gömrük infrastrukturunun yaradılması olduğunu bildirib. Bu baxımdan, Azərbaycanda gömrük əməkdaşlarının potensialının inkişaf etdirilməsinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayan Səfər Mehdiyev əməkdaşların peşə biliklərinin artırılması istiqamətində bütün zəruri addımların atıldığını diqqətə çatdırıb.

Komitə sədrinin birinci müavini qeyd edib ki, Azərbaycanda ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi davamlı inkişaf strategiyasına əsasən, bütün sahələrdə olduğu kimi, bilik və bacarıqların artırılması, kadrların potensialının gücləndirilməsi istiqamətində də dinamik inkişaf müşahidə olunur və mühüm nailiyyətlər əldə edilir.

Azərbaycanın coğrafi baxımdan müxtəlif mədəniyyət və sivilizasiyaların kəsişməsində yerləşməsinin ölkənin Şimal-Cənub, Qərb-Şərq arasında əlverişli körpü rolu oynamasına şərait yaratdığını bildirən Səfər Mehdiyev ölkə rəhbərliyi tərəfindən atılan məqsədyönlü addımlar, xüsusilə, gömrük sahəsində həyata keçirilən islahatlar, müasir tələblərə cavab verən infrastrukturun yaradılmasının beynəlxaq ticarət zəncirinin asan, sürətli və təhlükəsiz şəkildə həyata keçirilməsinə mühüm töhfə verdiyini deyib.

Son illər Azərbaycan gömrük orqanlarının qaçaqmalçılıqla mübarizə sahəsində həyata keçirilən islahatlar hesabına mühüm nailiyyətlər əldə etdiyini də diqqətə çatdıran Komitə rəsmisi keçirilən təlimin gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə Regional Ofisinin rəhbəri Batır Geldiyev təlim üçün yaradılan şəraitə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib. Azərbaycan, Tacikistan və Qırğızıstanın qaçaqmalçılıq və narkotiklərlə mübarizə sahəsində strateji regionda yerləşdiyini vurğulayan BMT nümayəndəsi bu istiqamətdə əməkdaşlığın ümumi işə faydasından bəhs edib.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Qara dəniz regionu üzrə nümayəndəsi Naida Şamilova isə beynəlxalq ticarətin təhlükəsiz və asan şəkildə həyata keçirilməsi məsələsinə toxunaraq, bununla bağlı keçirilən təlimin əhəmiyyətindən danışıb.

Daha sonra Niderland Gömrük Xidmətinin ekspertləri Jan van İ və Kis Vişer təlimin mahiyyəti, ümumi gömrük işi və beynəlxalq ticarətin təhlükəsiz həyata keçirlməsi baxımından faydası barədə məlumat veriblər.

Üçgünlük təlim zamanı plomblarla bağlı qanunsuz fəaliyyətin aşkar edilməsinin yolları, bu sahədə təcrübə mübadiləsi, narkotiklərin konteynerlərdə gizlədilməsi, konteyner yoxlaması zamanı sağlamlıq və təhlükəsizlik məsələləri və digər mövzularda bilgi veriləcək, praktiki məşğələlər keçiriləcək.

Tarix
2017.12.12 / 15:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla