Yuxarı

9 yaşlı şagird yenə məktəbi qarışdırdı: müəllim işə çıxmır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Nəsimi rayonu 14 nömrəli məktəbi qarışdıran 3-cü sinif şagirdi ilə bağlı problem olduğu kimi qalıb. Məktəbin 3 E sinif şagirdləri mövcud problemə görə bir həftəyə yaxındır dərslərdə iştirak etmirlər.

Bu barədə Axar.az-a şikayətçi valideynlər məlumat veriblər. Valideynlər bildirib ki, tərbiyəsində və davranışlarında problemlər olan adı açıqlanmayan 3 E sinif şagirdi hərəkətlərinə görə oxuduğu sinifdən uzaqlaşdırılmışdı. Məktəbin 3 Ç sinfinə keçirilən şagirdi yeni sinfində də heç kəs qəbul etmədiyi üçün problem yaşanmışdı və 9 yaşlı şagird problemin həll edilməsi məqsədilə yenidən köhnə sinfinə qaytarılmışdı.

Ancaq bu da problemin birdəfəlik həllinə kömək olmayıb. Şikayətçi valideynlər bildirib ki, sözügedən şagirdin valideynləri də problemin həllində heç bir cəhd göstərmirlər. Əksinə, məsələni daha da uzadırlar:

“Bir aydır 3-cü siniflərin dərs prosesi tamamilə pozulub. Hər gün iclas, hər gün mübahisə. Artıq bu həftədir ümumiyyətlə uşaqlar dərsə getmirlər”.

Valideynlərin sözlərinə görə, sözügedən şagirdin valideynləri müəllimi də dərsdən uzaqlaşdırmağa cəhd edir:

“Bu uşaq nizam-intizam qaydalarına məhəl qoymur. Valideynləri də inadla müəlliməni və digər uşaqları məktəbdən uzaqlaşdırmağa cəhd edir. Sinifdə dərs prososi onsuz da pozulub. Müəllim də dərsdən kənarlaşdırılıb”.

Valideynlər bildirib ki, müəllim artıq bir müddətdir ki, məktəbə gəlmir:

“Həmin şagirdin sinif rəhbəri 3 gündən çoxdur səhhətində yaranmış problemə görə dərsə gəlmir. Səhhətindəki narahatlıq da məktəbdə baş verən bu problemlə əlaqədardır. Çünki bu günə qədər müəllimə bir saat belə dərsdən qalmayıb”.

Problemlə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Axar.az-a bildiriblər ki, hazırda həmin sinifdə tədris normal şəkildə davam edir. Sinif müəllimi isə səhhəti ilə əlaqədar müvəqqəti olaraq işə çıxmır. Lakin sinifdə dərs əvəzçi müəllim tərəfindən tədris olunur:

“Bəzi hallarda övladını dərsə göndərməyən valideynlərə uşaqları dərsdən yayındırmamaq tövsiyə edilib.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri və Təlimə Dəstək Mərkəzinin psixoloqu da məktəbdə olub, valideynlərlə söhbət aparılıb, müvafiq tövsiyələr verilib. Məktəb psixoloqu və müəllimlər də məsələnin həllinə cəlb olunub”.

Təhsil İdarəsindən bildirilib ki, problemin həllində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır.

Qeyd edək ki, 27 noyabr tarixindən Nəsimi rayonunda yerləşən 14 nömrəli orta məktəbin 3 Ç sinfinin şagirdlərini valideynləri dərsə buraxmayıb. Səbəb 14 nömrəli tam orta məktəbin rus bölməsinin 3 E sinif şagirdinin davranışı ilə bağlı problem olub. Məktəb rəhbərliyi şagirdi təhsil aldığı 3 E sinfindən 3 Ç sinfinə keçirib. Lakin həmin sinfin valideynləri kütləvi olaraq şagirdin 3 Ç sinfinə gətirilməsinə narazılıqlarını bildiriblər və uşaqlarını dərsə buraxmayıblar.

Etiraz edən valideynlər bildirib ki, sözügedən oğlan uşağı oğlanlara siqaret çəkməyi öyrədir, özü ilə dərsə alışqan, deşici alət gətirir, uşaqlara hər yeri yandıracağını deyir. Dərs vaxtı uşaqların imtahan vərəqlərini cırır. Paltarlarını soyunub qız uşaqlarına bədənini göstərir.

Tarix
2017.12.13 / 13:43
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla