Yuxarı

Barama Seedstars Cənub-Şərqi Avropa Sammitində

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərsell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bankın dəstəyi ilə ölkəmizi Seedstars Cənub-Şərqi Avropa Sammitində təmsil edib.

Axar.az xəbər verir ki, “Azersell”in Barama mərkəzinin rəhbəri İmran Bağırov “Seedstars World” səfiri olaraq Ukraynanın paytaxtı Kiyevdə keçirilən beynəlxalq konfransda iştirak edib. İmran Bağırovla bərabər sammitə 2018-ci ilin aprel ayında İsveçrədə keçiriləcək Seedstars Sammitində ölkəmizi təmsil edəcək “Wake me up” layihəsinin startapı da qatılıb. İ. Bağırov Ukraynadan, Qazaxıstandan, Moldovadan və Gürcüstandan sammitdə iştirak edən startaplarla görüşlər keçirib və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyəti və eləcə də, yerli startaplarımız haqqında geniş məruzə ilə çıxış edib.

Qeyd edək ki, sözügedən sammit dünyanın innovasiya və texnologiya sahəsində fəaliyyət göstərən ən qabaqcıl təmsilçilərini bir araya gətirir. 3 gün davam edən Seedstars Cənub-Şərqi Avropa Sammitində 600-dən çox nümayəndə iştirak edib. Sammitə qatılan iştirakçılar öz layihələri ilə çıxış ediblər. Tədbir zamanı keçirilən panel müzakirələrində regionda fəaliyyət göstərən startaplar müxtəlif mövzu və ideyalar ətrafında müzakirə aparıblar.

Məlumat üçün bildirək ki, Azərbaycanın telekommunikasiya sahəsinin lideri “Azersell” Telekom İsveçrənin “Seedstars” şirkəti ilə yaxından tərəfdaşlıq edir.

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə “Azersell” şirkəti tərəfindən yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsinda fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların müstəqil şirkətlər kimi fəaliyyət göstərməsinə kömək edir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2017.12.13 / 17:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla