Yuxarı

10 ayda ölkəmizə 60 minə yaxın iraqlı gəlib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva İraqın tanınmış aydınları, yazar, şair, KİV və QHT təmsilçiləri ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.

Millət vəkilinə İraq bayrağını hədiyyə edən İraq Yazarlar Birliyinin Türkman bölməsinin başqanı, sabiq millət vəkili Fevzi Əkrəm Terzi qardaş Azərbaycanla mədəni-ədəbi əməkdaşlığın daha geniş inkişafı üçün böyük imkanların olduğunu xüsusi vurğulayıb.

Sadəcə 10 ay ərzində 60 minə yaxın iraqlının Azərbaycana səfər etdiyini və bu fonda birbaşa Bakı-Bağdad təyyarə reysinin olmasını bildirən Qənirə Paşayeva Azərbaycana qarşı bu marağın daha da genişlənəcəyinə inandığını deyib.

Millət vəkili bildirib ki, Azərbaycanın, Qarabağ həqiqətlərinin İraqda, İraqın da Azərbaycanda daha geniş tanıdılmasına böyük ehtiyac var:

“Azərbaycan İraqla bütün sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır. İraq aydınları, yazar, şair, KİV və QHT təmsilçiləri Azərbaycana gəlməyə böyük maraq duyurlar. Erməni terrorundan əziyyət çəkən bir ölkə kimi Azərbaycan terrorla daim mübarizə aparır. Terrorla mübarizədə beynəlxalq aləmin birliyi vacibdir”.

Tarix
2017.12.13 / 17:57
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla