Yuxarı

Kəmaləddin Heydərov uşaqları sevindirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında FHN-in təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda məktəblilər arasında keçirilmiş VII Ümumrespublika uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin sərgisi və onların mükafatlandırılması mərasimi olub.

APA-nın məlumatına görə, tədbirdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, FHN-in müvafiq strukturlarının rəhbərləri, KİV və ictimaiyyətin nümayəndələri, valideynlər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin FHN-in Akademiyasının həyətindəki abidəsi önünə gül dəstələri qoyub, onun xatirəsini yad ediblər. Sonra tədbir iştirakçıları müsabiqəyə qatılmış məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Mərasimdə bildirilib ki, sentyabr-dekabr ayları ərzində keçirilmiş müsabiqənin məqsədi uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi və mədəniyyətinin formalaşdırılması, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, fövqəladə hallara ictimaiyyətin diqqətinin yönəldilməsi olub.

Ölkənin bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdiyi respublika uşaq yaradıcılıq müsabiqəsi rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Rayon və şəhər müsabiqələrinin yekunları üzrə təşkilat komitəsinə 490 rəsm, 241 plakat, 202 əl işi, 205 yanğın və qəza-xilasetmə texnikasının modeli və 111 yumşaq oyuncaq təqdim olunub. Müsabiqəyə təqdim olunmuş işlər təşkilat komitəsi tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. Ümumilikdə birinci yerə 32 nəfər, ikinci yerə 39, üçüncü yerə 37 nəfər layiq görülüb, 30 nəfərə isə həvəsləndirici diplomlar təqdim edilib.

Sonra müsabiqədə ilk üç yeri tutmuş uşaqlara fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub. Həmçinin bütün iştirakçılara həvəsləndirici mükafatlar verilib.

Mükafatları fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev və digərləri təqdim ediblər.

Tədbir bədii hissə ilə davam edib.

Tarix
2017.12.14 / 11:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla