Yuxarı

Sumqayıtın bu yerində yaşayanlarda mutasiya baş verir - Şok

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtla bağlı ortaya çıxan detallar gözlənilən idi.

Bu sözləri Axar.az-a ekoloq Emiliya Səfərəliyeva Sumqayıt şəhərində əsas çirkləndiricilərdən olan azot 4-oksid birdəfəlik maksimal qatılığının yol verilən qatılıq həddini keçməsinə münasibət bildirərkən deyib.

“Zavodlar işlədiyi dövrdə Sumqayıtda bütün bu kimyəvi tullantıların utilizasiyası düzgün aparılmayıb. Onların o vaxt üçün ən rahat yolu torpağa basdırılması idi. Torpağa basdırıldığı halda belə onların radioaktiv xüsusiyyətləri hələ də qalmış olurdu. Həmin o radioaktiv tullantıların zərərləşdirilməsinə xüsusi qurğular lazım idi. Bunların heç biri o dövrdə olmadığından Xəzər dənizi sahilində “Şlakatval” deyilən əraziyə, bir də “Yaşıl dərə” deyilən yerə tullantılar basdırılırdı”, – deyə o bildirib.

Ekoloq bu ərazilərdə yaşayan əhalinin daha çox onkoloji xəstəliklərlə üz-üzə qaldığını bildirib:

“Mən bunu dəfələrlə demişəm, lakin əhali hələ də evin tikildiyi yerə əhəmiyyət vermir. Əgər hansısa təşkilat və ya qurum Yaşıl dərə ərazisində, Xəzər dənizi sahilindəki Xəzər bağlarından aşağı olan hissədə yerləşən Haci Zeynalabdin qəsəbəsindəki “gecəqondulara” baxış keçirsə, həqiqətən də nə qədər adamın onkoloji xəstəlikdən əziyyət çəkdiyinin şahidi olar. Bakıdan Sumqayıta qatarla gələndə o binaların birinci mərtəbəsinin yarı hissəsindən yuxarıda duzlaşma getdiyi görünür. Yəni bunlar hamısı torpağın turşuluğudur və bu torpaqda onlar istər-istəməz göy-göyərti, tərəvəz yetişdirirlər. Nəticədə onların orqanizmində müxtəlif mutasiyalar gedir və bütün xəstəliklər də buradan başlayır”.

Ekspert Sumqayıtın radioaktiv tullantılardan təmizlənməsi prosesinin yollarını da təklif edib:

“Bunun üçün çoxlu sayda palmalar əvəzinə, torpağı münbitləşdirən xüsusi bitkilər əkilməlidir. Məsələn, elə bitki növləri var ki, torpağın şoranlığını aradan qaldırır. Torpağı qarışdırmaq, şirin suyla yumaq, o torpağı çıxardıb utilizasiya etmək lazımdır”.

Qeyd edək ki, Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Sumqayıtda atmosfer havasında çirkləndirici maddələrin miqdarının sanitar normalardan çox olması haqqında informasiya yayıb. Departament bu qənaətə laboratoriyalarında аtmоsfеr hаvаsından, torpaqdan və sudan götürülmüş nümunələr üzərində analizlər apardıqdan sonra gəlib. Aparılan araşdırmaya əsasən, Sumqayıt şəhərində əsas çirkləndiricilərdən olan azot 4-oksid birdəfəlik maksimal qatılığının normanı keçdiyi məlum olub. Bakı, Mingəçevir, Gəncə, Şəki və Naxçıvan şəhərlərində isə atmosfer havasında çirkləndirici maddələrin miqdarı sanitar norma daxilində olub.

Tarix
2017.12.14 / 11:41
Müəllif
Ülkər Həsənova
Şərhlər
Digər xəbərlər

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

Prezident Xankəndi ilə bağlı mühüm faktları açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla