Yuxarı

“Azərsell” ölkədə ilk VoLTE texnologiyalı zəngi reallaşdırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan mobil rabitə bazarının lider mobil operatoru ”Azərsell Telekom” telekommunikasiya sektorunda daha bir yeniliyə imza atıb.

Axar.az xəbər verir ki, ölkəmizin mobil rabitə bazarına GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən “Azərsell Ekspres” ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və 4G xidmətini təqdim edən “Azərsell” bu dəfə ilk VoLTE (LTE texnologiyası üzərindən zəng) zəngi reallaşdırdı. “Bakutel 2017” sərgisində “Azərsell” rabitə texnologiyaları və xidmətləri sahəsində dünya lideri Ericsson şirkəti ilə birgə VoLTE texnologiyasının açıq nümayişini həyata keçirdi və bu Azərbaycanın kommersiya sahəsində edilmiş ilk VoLTE zəng oldu. Ericsson şirkəti VoLTE zəngini sınaqdan keçirmək üçün lazım olan bütün texniki həlləri, o cümlədən İMS platforması, təkminləşdirilmiş verilənlər şəbəkəsi və radio rabitə avadanlığı təmin etdi.

Nəzərinizə çatdıraq ki, VoLTE texnologiyası 4G (LTE) şəbəkəsi vasitəsilə səsli zənglər həyata keçirməyə və abunəçilərə ən yüksək keyfiyyətli (HD) səsli və video zəng xidmətlərindən faydalanmağa imkan verir. LTE şəbəkəsində məlumatlar yüksək keyfiyyətlə ötürüldüyü üçün VoLTE zəngləri HD keyfiyyətə malikdir və heç bir arxa səs effekti yaratmır. Bundan əlavə, VoLTE imkanlarını dəstəkləyən mobil qurğular bu texnologiyanı dəstəkləyir və heç bir kənar əlavənin (OTT) tətbiq olunmasını tələb etmir. VoLTE texnologiyası vasitəsilə bir mobil telefondan digərinə zəng vasitəsilə qoşulmaq üçün tələb olunan vaxt da əhəmiyyətli dərəcədə azdır. VoLTE texnologiyası, həmçinin, abunəçilərə zəng edərkən və ya zəngləri qəbul edərkən belə 4G şəbəkəsində qalmağa imkan verir. Bu o deməkdir ki, istifadəçi eyni zamanda həm səsli zəngdən yararlana, həm də digər tətbiqlər üçün yüksək sürətli internetdən faydalana bilər.

Ericsson şirkətinin Azərbaycan ofisinin rəhbəri Arda Cetinerin sözlərinə görə, VoLTE sınaq zəngi Azərbaycanda innovativ mobil texnologiyaların inkişafında vacib bir hadisədir:” Biz əminik ki, VoLTE texnologiyasının təklif etdiyi imkanlar yaxın müddətdə kommersiya sahəsində tətbiq olunacaq. Biz bu istiqamətdə “Azərsell”ə dəstək göstərməkdən qürur hissi keçiririk. Bu texnologiya ölkədəki abunəçilərə ən keyfiyyətli xidmətlərdən faydalanmağa imkan yaradacaq. Belə ki, VoLTE səs keyfiyyətini daha təkmilləşdirəcək və daha geniş ünsiyyət imkanları yaradacaq.”

Qeyd edək ki, Azərsell Telekom MMC “Bakutel 2017” sərgisində həm biznes, həm də asudə üçün faydalı olan mobil rabitə və telekommunikasiya sahəsinin ən innovativ layihələri ilə çıxış edib.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Tarix
2017.12.14 / 13:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla