Yuxarı

KİV rəhbərləri Türkiyədə mühüm görüşlərdə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə respublikanın aparıcı KİV təmsilçilərindən ibarət 14 nəfərlik nümayəndə heyətinin Türkiyənin İstanbul şəhərinə səfəri başlayıb.

Axar.az xəbər verir ki, nümayəndə heyətinin Türkiyənin informasiya məsələlərinə məsul qurumlarında, aparıcı KİV-lərin redaksiyalarında, o cümlədən, müxtəlif iqtisadi, mədəni yönümlü təşkilatlarda görüşləri nəzərdə tutulub. Səfər proqramı dekabrın 13-də Ümumilli lider Heydər Əliyevin İstanbul şəhərindəki abidəsinin ziyarət edilməsi ilə başlayıb. KİV təmsilçiləri ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Türkiyə Xarici İqtisadi Əlaqələr Qurumuna (DEİK) gedən Azərbaycan media təmsilçilərini qurumun sədr müavini Çingiz Gül qarşılayıb. O, nümayəndə heyəti ilə görüşdə təmsil etdiyi qurumun dünya ölkələrində, o cümlədən Azərbaycanda gerçəkləşdirdiyi layihələr barədə məlumat verib. DEİK təmsilçisi Azərbaycanla bağlı layihələrdə Naxçıvan Muxtar Respublikasına xüsusi diqqət yetirildiyini də önə çəkib. Azərbaycanın iradəsi ilə gerçəkləşdirilən Bakı-Tiflis-Qars dəmir yolunun işə düşməsindən sonra qurumun Azərbaycanla bağlı daha böyük layihələri gerçəkləşdirəcəyini bildirib. DEİK təmsilçisi planlaşdırılan layihələrin uğurla tamamlanması üçün medianın verə biləcəyi faydalar barədə fikirlərini bölüşüb. Türkiyə Səyahət Agentlikləri Birliyində Azərbaycan media təmsilçilərini təşkilatın xarici əlaqələr üzrə koordinatoru Gülbərk Aşyarap və departament rəhbəri Fateh Könül qarşılayıb. Gülbək Aşyapar Azərbaycanla qarşılıqlı turist axınının gücləndirilməsi yönündə layihələndirilən proqramlar barədə məlumat verilib. Azərbaycanda ciddi turizm potensialının olduğunu vurğulayan Aşyapar bu sahənin inkişafı üçün qarşılıqlı əlaqələrin gücləndirilməsinin faydalı olduğunu qeyd edib. O, layihələrin uğurla tamamlanması, hər iki ölkədə turizmin inkişaf etməsi üçün medianın dəstəyinə ümid etdiklərini önə çəkib. Azərbaycan media təmsilçilərinin İstanbula səfər proqramı dekabrın 17-nə qədər davam edəcək.

Məlumat üçün bildirək ki, səfər proqramı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun "Beynəlxalq media təcrübəsinin öyrənilməsi və tətbiqi" layihəsi çərçivəsində keçirilir. Nümayəndə heyətinin tərkibinə Fondun Müşahidə Şurasının sədri, "Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "APA Holdinq"in prezidenti Vüsalə Mahirqızı, "Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalqızı, "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızı, "Həftə içi" qəzetinin baş redaktoru Sevinc Seyidova, "Kaspiy" qəzetinin baş redaktoru İlqar Hüseynov, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev, "Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev, "Mövqe" qəzetinin baş redaktoru Rasim Bayramov, "AzərTAC" İnformasiya Agentliyinin müxbiri Səlim Rəhimzadə daxildir.

Tarix
2017.12.14 / 15:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla