Yuxarı

Bu gün 10 neftçi dünyasını dəyişmişdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş verən və 10 neftçinin ölümü ilə nəticələnən faciədən bir il ötür.

Axar.az xəbər verir ki, 2016-cı ilin 15 dekabr tarixində "Azneft" İstehsalat Birliyinin Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın bir hissəsinin dənizə uçması nəticəsində qəza baş vermişdi. Yerli vaxtla 05:00 radələrində baş vermiş hadisəyə səbəb Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək olmuşdu.

Güclü külək eskadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurmuşdu. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da dənizə atmışdı. Nəticədə eskadada olan 10 nəfər həlak olmuş.

Hadisədən sonra dənizə düşən neftçilərin hamısının meyiti uzun sürən axtarışlardan sonra tapılaraq ailəsinə təhvil verilib.

Hadisə zamanı həlak olanlar: Güloğlan və Ayaz Zülfüqarov qardaşları, Elçin Həsənov (mexanik), İlham Qafarov (operator), Samir Əsədov (operator), Cavid Bəhrəmov (operator), Ramiz Abbasov (maşinist), Qorxmaz Rüstəmov (operator), Həsənağa Hacıəliyev(operator), və Vidadi Qurbanov (operator).

Tarix
2017.12.15 / 10:49
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla