Yuxarı

Şəhid qızını öldürən şəxs həbsdən buraxıldı? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər Prokurorluğu şəhid qızını vuraraq öldürən sürücünün həbsdən buraxılması barədə məlumatları təkzib edib.

Bakı şəhər Prokurorluğundan Axar.az-a verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində paytaxtın Səbail rayonu ərazisində Əkbərova Könül Elton qızının ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi zamanı “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobili idarə etmiş təqsirləndirilən şəxsin Bakı Apellyasiya Məhkəməsi tərəfindən ev dustaqlığına buraxılması barədə informasiyalar dərc edilib: “Həmin məlumat həqiqəti əks etdirmədiyindən Bakı şəhər prokurorluğu tərəfindən qəti şəkildə təkzib olunur”.

Belə ki, qeyd edilən yol nəqliyyat hadisəsi zamanı “Jeep Grand Cherokee” markalı avtomobili idarə etmiş şəxs başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həmin qərardan müdafiə tərəfinin verdiyi şikayətə dekabrın 8-də Bakı Apellyasiya Məhkəməsində baxılmış və həbs qətimkan tədbirinin seçilməsinə dair qərar dəyişdirilmədən qüvvəsində saxlanılıb.

Bildirilir ki, həmin cinayət işi üzrə müdafiə tərəfindən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair Səbail rayon məhkəməsinə müraciət edilməyib və bununla əlaqədar hər hansı məhkəmə iclası keçirilməyib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Dövlətin rəsmi qurumlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparılmadan sensasiya naminə informasiyaların yayılmasına son qoyulması dəfələrlə kütləvi informasiya vasitələrinin nümayəndələrindən tələb edilsə də, hazırkı vaxtadək bu tələbə bəzi KİV-lərin əməl etməməsi təəssüf doğurur.

Qeyd edək ki, 3 uşaq anası olan Könül Əkbərovanı noyabrın 8-də, 19:30-da Bayraq meydanı yaxınlığında "Cip" markalı, 90 FO 007 nömrə nişanlı avtomobil vurub. Könül Əkbərova şəhid Elton Əkbərovun qızıdır. Avtomobili idarə edən və şəhid qızının ölümünə səbəb olan şəxsin iş adamı Akif Rəhimovun oğlu ­- 17 yaşlı Rəhim Rəhimov olduğu deyilir. Məlumata görə, R.Rəhimlinin atası Xırdalan-Xəz Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədridir.

Xatırladaq ki, bəzi KİV-də Rəhim Rəhimov həbsdən buraxılması barədə məlumatlar yayılmışdı

Tarix
2017.12.15 / 11:03
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla