Yuxarı

Müdafiə nazirinin müavini: Həsənquliyevə zəng etdim...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən dəfə millət vəkili Qüdrət Həsənquliyev Tərtərlə bağlı səsləndirdiyi fikirdən sonra mən ona zəng elədim. O da bildirdi ki, bu haqda kimdənsə eşidib.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxış edən müdafiə nazirinin şəxsi heyətlə iş üzrə müavini, general Kərim Vəliyev deyib. General bildirib ki, orduya aid məsələlərlə bağlı çıxış edərkən bir qədər həssas olmalıyıq:

“Biz müharibə şəraitindəyik və düşmən bu məlumatlardan bizə qarşı istifadə edir”.

Orduya ictimai nəzarət haqqında danışan general deyib ki, onsuz da tez-tez hərbi hissələrdə komitələrin, deputatların, müxtəlif təşkilatların görüşü təşkil olunur:

“Hərbi hissələrdə keçirilən görüşdə iştirak edənlər real vəziyyəti görürlər. Əlliyə yaxın media nümayəndəsi Müdafiə Nazirliyində qeydiyyatdan keçib və onlar müraciət etdikləri zaman reportajlar hazırlamaq üçün hərbi hissələrə və ön cəbhəyə buraxılırlar. Təbii ki, bu zaman məxfilik də nəzərə alınır. Eyni zamanda Ombudsman İnstitutu da bu prosesdə iştirak edir”.

Spiker Oqtay Əsədov isə qeyd edib ki, Milli Məclis hərbi məsələlərdə özünü məsuliyyətli sayır:

“Qüdrət Həsənquliyevin çıxışı da konteksdən çıxarılaraq bəzi saytlarda təqdim edilib. Onu yazan jurnalistlərin neçəsinin Müdafiə Nazirliyində qeydiyyatdan keçən jurnalistlər olduğunu araşdırmaq lazımdır. Bu xəbərləri bəzi bəlli saytlar yayır və onların da mövqeyi bəllidir. Milli Məclis Silahlı Qüvvələrin gücləndirilməsi üçün əlindən gələn dəstəyi göstərməyə hazırdır”.

Tarix
2017.12.15 / 13:36
Müəllif
Firuzə Vahidqız
Şərhlər
Digər xəbərlər

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla