Yuxarı

Bu adamlar cəmi bir saatdan sonra... - Polis rəisi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə Suraxanı rayonunda narkomaniyaya qarşı maarifləndirmə tədbirləri çərçivəsində növbəti tədbir Qaraçuxur qəsəbəsində baş tutub.

Axar.az xəbər verir ki, Suraxanı rayon Qaraçuxur qəsəbəsi 146 saylı orta məktəbdə baş tutan tədbirdə Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq Həsənov, rayon icra hakimiyyətinin nümayəndəsi Nazim Fətullayev və həkim Şəfa Yusifova iştirak edib.

Tədbirdə çıxış edən polis polkovniki Namiq Həsənov bildirib ki, ümumbəşəri problem olan narkomaniyaya qarşı bütün dünya ölkələri ciddi addımlar atır. Bu baxımdan Azərbaycanda da davamlı işlər həyata keçirilir:

"Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Aidiyyəti dövlət qurumları Dövlət Proqramda nəzərdə tutulan tədbirlər planına uyğun olaraq öz öhdələrinə düşən vəzifələri yerinə yetirir. Daxili İşlər Nazirliyi olaraq orta ümumtəhsil müəssisələrində, eləcə də ayrı-ayrı yerlərdə bu istiqamətdə maarifləndirmə tədbirləri həyata keçirir”.

N.Həsənovun sözlərinə görə, bu il Suraxanı rayonunun ayrı-ayrı orta ümumtəhsil müəssisələrində bu tipli tədbirlər təşkil olunub: "Narkotika insanlarda mərkəzi sinir sisteminin təsir gücünü artıran bir dərmandır. Onu qəbul edənlər ən çoxu bir saat, yaxud saat yarım özlərini normal insan kimi hiss edə bilirlər. Çox keçmir ki, öləziyən bədənin çəkisi sanki get-gedə "azalır", fiziki qüvvə tükənir, ayaqlar hərəkət gücünü itirir, huş qeybə çəkilir, beyin öz fəaliyyəti ilə vidalaşır və həmin şəxs normal insan düşüncəsindən məhrum olur. Bədəndə elə orqanlar var ki, onlar insanları hər cür yoluxucu xəstəliklərdən qoruyur, daha dəqiq desək, bir növ "cangüdən" rolunu oynayırlar. Narkotik maddə qəbul edən insanlar özləri də bilmədən həmin orqanları iflasa uğratdıqlarından yoluxucu xəstəlik onların iç dünyasına asanlıqla daxil olur”.

N.Həsənov onu da vurğulayıb ki, həyata keçirilən maarifləndirmə tədbirləri nəticəsində Suraxanı rayonunda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ötən illərlə müqaisədə xeyli aşağı düşüb. Həmçinin qaynar xətt yaradılıb ki, bu vətəndaşların narkomaniya ilə bağlı məlumatları asanlıqla aidiyyəti qurumlara çatdırlasında mühüm rol oynayır. Sonda şagirdləri maraqlandıran suallara cavab verilib.

Tarix
2017.12.15 / 17:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla