Yuxarı

Həbs olunan "vəkil"lə bağlı Kollegiya bəyanat yaydı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:15

“Yeni Yasamal” MTK-nın rəhbəri Cahangir Alışov ilə vəkili Habil Fətəliyevin saxlanıldığı barədə yayılan xəbərlə bağlı Vəkillər Kollegiyası təkzib yayıb.

Axar.az xəbər verir ki, təkzibdə Vəkillə Kollegiyasının Habil Fətəliyev adlı üzvü olmadığı bildirilib və vəkil adından bu cür qanunsuz istifadə halları qəti şəkildə pislənilib.

Bildirilib ki, yaxın aylarda Vəkillər Kollegiyasının yeni internet səhifəsi istifadəyə veriləcək və orada bütün vəkillərin reyestri yerləşdiriləcək. Bununla da gələcəkdə vəkillərin müəyyən edilməsində bu kimi anlaşılmazlıqların aradan qaldırılacağı vurğulanıb.

Qeyd edək ki, bu gün “Yeni Yasamal“ MTK-nın sədri Cahangir Alışov və vəkili Habil Fətəliyevin saxlanıldığı barədə məlumat yayılıb. Virtualaz.org saytı şirkət rəhbərinin Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan 16 mərtəbəli binadakı eyni mənzillərin, dələduzluq edərək, bir neçə nəfərə satılmasının təşkilində təqsirləndirildiyini yazıb.

Faktla bağlı 2 ilə yaxındır ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb.

İddiaya görə, şirkət rəhbəri evlərin qanunsuz satışını vəkili olduğu bildirilən Habil Fətəliyev vasitəsi ilə həyata keçirdiyindən, o da həbs edilib.

Tarix
2017.12.17 / 22:00
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

Prezident onu nazir müavini təyin etdi

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla