Yuxarı

Surət Hüseynov hansı bizneslə məşğuldur?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq baş naziri Surət Hüseynovun biznes fəaliyyətini dondurduğu barədə xəbər yayılıb. Məhz buna görə biznesini qurduğu Türkiyəni tərk etdiyi deyilir.

Axar.az xəbər verir ki, modern.az-a daxil olan məlumata görə Surət Hüseynov biznes işini davam etdirir.

"Surət Hüseynovun Azərbaycandan birdəfəlik köçməsi xəbərləri doğru deyil. Onun Azərbaycana qayıtmasına hər hansı bir qadağa, məhdudiyyət yoxdur. Ailəsi Azərbaycanda yaşayır.

O, sadəcə biznes işlərinə görə ölkədən kənardadır. Rəsmi saytında biznes fəaliyyəti barədə geniş məlumat var. Hazırda səfərdədir. Əsasən enerji və maliyyə biznesi ilə məşğuldur”-deyə S. Hüseynova yaxən mənbə bildirib.

2018-ci il prezident seçkiləri barədə sabiq baş nazirin fikirlərinə gəlincə, mənbə bunları deyib.

"Surət Hüseynov azərbaycanlı olaraq öz vətənini xaricdən izləyir. Onun yerinə cavab verə bilmərəm. Amma söhbətlərimizdə siyasi iddialı adama oxşamır. Eyni zamanda, hər hansı siyasi qüvvəyə dəstəkdən söz gedə bilməz. Həm iqtidar, həm də müxalifət məsələsi aydındır. Sadəcə, ürəyi xalqı ilə döyünür, siyasətlə yox".

Qeyd edək ki, Surət Hüseynov 1993-1994-cü illərdə Azərbaycanın baş naziri olub. 1994-cü ildə dövlət çevrilişinə cəhddə ittiham olunub. Azərbaycanı tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib.

2004-cü il martın 17-də prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub.

Tarix
2017.12.17 / 21:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla