Yuxarı

Yeni il öncəsi bunlardan xilas olun - 5 vacib şərt

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni ili xoş əhval-ruhiyyədə qarşılamaq və arzuladığınıza nail olmaq istəyirsinizsə, yeni planlar üçün yer hazırlamalısınız. Maraqsız, əhəmiyyətini itirən, gələcək planlara mane olan köhnədən xilas olmaq lazımdır.

Axar.az bu barədə aparılan təhqiqat əsasında, Yeni ilin ilk gününə qədər xilas olmağınız gərəkən 5 vacib şərti təqdim edir.

1. Artıq əşyalar

Əsas şərt budur: əgər bu əşya mənasızdırsa və sizə rahatlıq gətirmirsə, onu evdə saxlamayın. İkinsi, əgər il ərzində o əşyaya heç olmasa bir dəfə toxunmamısınızsa, atın və ya kiməsə hədiyyə edin.

Bu cür əşyalar mebel, texnika və ya yaxşı vəziyyətdə geyimdirsə, sata da bilərsiniz.

Ən məraqlısı isə dəyişməkdir. Sizə mənasız olan əşya kiminçünsə dəyərli ola bilər. Sözügedən əşyaları bir kənara yığın, dostlarınızı qonaq çağırın və onlara niyyətinizi deyin.

Dəyişmə prosesinə kitabdan başlaya bilərsiniz. Uşaq əşyalarını dəyişmək ən ideal variantdır: hər iki ailə yeni oyuncaq qazanmış olacaq.

2. Ziyanlı tanışlıq

Əgər il ərzində hər hansı tanışınız və ya dostunuz sizə narahatlıq yaradıbsa, onunla münasibəti Yeni ilə qoymayın. Mümkün qədər məsafə saxlayın və əlaqələri minimuma endirin.

3. Arzuolunmayan öhdəliklər

Ay ərzində “öhdəlik” olaraq icra etdiyiniz nələr sizi narahat edir? Gözəllik salonuna vaxtaşırı getmək, yoxsa istəmədiyiniz bir yerdə gəzmək?

Hamısını saf-çürük edin və sizi rahatsız edən “öhdəliklərdən” əl çəkin.

4. Ziyanlı vərdişlər

Həqiqətin gözünə düz baxın və özünüzdən soruşun: hansı pis vərdişləriniz var?

Səhər tezdən siqaret çəkirsiniz? Səhər yeməyi yemirsiniz? Başqa hansı pis vərdişləriniz var?

Özünüzə vaxt ayırın, ətrafınıza baxın: pis vərdişlərdən xilas olun və xoşbəxt olmağa çalışın.

5. Təəssüf

Bu il baş verən xoşəgəlməz hadisələr, düşdüyünüz arzulanmaz situasiyalar və s. hamısını yaddaşınızdan silin. Qrasian deyirdi ki, keşmişin təəssüfləri ilə yaşayanlar yalnız ağılsız adamlardır.

Bir gününüzü ayırın, düşdüyünüz çətin vəziyyətləri göz önünə gətirin: necə oldu ki, maddi ziyana uğradınız, səhhətinizə ziyan dəydi, hansı məqamlarda özünüzü naqolay hiss etdiniz? Hamısını saf-çürük edin, nəticə çıxarın, qərar verin və... həmin hadisələri birdəfəlik unudun, təəssüf hissi ilə qətiyyən yaşamayın.

Tarix
2017.12.18 / 07:00
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla