Yuxarı

“Qara gün” üçün yığılan pul onu xoşbəxt edəcək? – Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstənilən yüksək səviyyəli dövlət məmuru vəzifədə olarkən vəzifədən gedəcəyi günü düşünməlidir. Həmin şəxs vəzifədən gedəndən sonra rahat yaşamağı vəzifədə olduğu dövrdə təmin etməlidir. Kim bunu edirsə, o doğrudan da öz həyatının sonrakı illərini çox sakit şəkildə, ailəsi, ətrafı ilə bərabər yaşayır, həyatını davam etdirir. Kim əgər vəzifəsindən istifadə edərək qanunsuzluqlara yol verirsə, milyonları, milyardları yığıb sağa-sola xərcləyirsə, gələcək “qara gün”ü üçün o qədər pulun ona verəcəyi xoşbəxtlik haqqında düşünürsə, məncə, bu cür insanların aqibəti, taleyi çox faciəli olur.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fəzail Ağamalı Musavat.com-a geniş müsahibəsində keçmiş vergilər naziri Fazil Məmmədov haqda danışarkən deyib. Millət vəkili bildirib ki, heç zaman bu cür yığılan pullar birincisi, həmin adama qismət olmur, ikincisi də təbii olaraq bu cür insanlar sonralar dövlətin müvafiq qurumları tərəfindən əldə olunan informasiyalara görə araşdırılır və müvafiq tədbirlər görülür, bütün bunlara hüquqi qiymət verilir:

“Vergilər naziri son illərdə kifayət qədər problem içindəydi. Son illər, əvvəlki illərdən fərqli olaraq, vergilər faktiki olaraq sahibkarlığın inkişafına mane olurdu, sahibkarlığın inkişafında bir buxova çevrilmişdi. Tez-tez, hədsiz dərəcədə qanuna edilmiş dəyişikliklər, əlavələr sahibkarları çaş-baş salmışdı. Bir deputat kimi demək istərdim ki, biz ən çox əlavələr və dəyişiklikləri Vergilər Məcəlləsinə etmişik. Məncə, Mikayıl Cabbarova vergilərlə bağlı o qədər də yaxşı olan miras qalmayıb, onun üzərinə çox ciddi, ağır bir yük düşüb. Əminəm ki, Mikayıl Cabbarov bunun öhdəsindən gələcək. Necə ki, Təhsil Nazirliyində ciddi islahatlara başladı və biz bu islahatların konkret nəticələrini 3 ilə, 4 ilə, maksimum 5 ilə görəcəyik. Elə ən azı təhsil sistemində direktorların, müəllimlərin təyinatında rüşvətxorluq götürüldü, şəffaflıq təmin olundu, müəllimlərin kateqoriyaları müəyyənləşdi, pislə yaxşı müəyyənləşdikdən sonra onların maaşındakı fərq ortalığa qoyuldu və s. İndi inanıram ki, Mikayıl Cabbarov yeni düşüncə sahibi kimi vergi sistemində də ciddi, hər kəsin, xüsusilə sahibkarların düşündüyü kosmetik deyil, fundamental dəyişikliklərə nail olacaq. Çünki cəmiyyətin də, sahibkarların da Mikayıl Cabbarovdan gözləntiləri budur”.

Tarix
2017.12.18 / 09:32
Müəllif
Firuzə Vahidqız
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla